Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-09 10:45:00
İki böyük adadan ibarət Yeni Zelandiyanın "böyük" olmayan təhsil sistemi

İki böyük adadan ibarət olan Zelandiya Okeaniyada yerləşir. Ölkənin dövlət dili maori və ingilis dilidir.

AzEdu.az  bu dəfəki  yazıda Yeni Zelandiya   təhsilinin  özəllikləri  haqda maraqlı  məlumatları sizinlə bölüşəcək.

Ölkənin  tarixində təhsillə  bağlı bir sıra  mühüm hadisələrə rast gəlmək olar.

Yeni Zelandiyada təhsil sistemi məktəbəqədər, ibtidai, orta və ali təhsil  pillələrindən  ibarətdir. Məktəbəqədər təhsil uşağın  altı  yaşına qədər olan  dövrü əhatə  edir. Ölkədə tədris ili 7 fevralda başlayıb  20 dekabra qədər davam edir. Təhsilə ildə 8.7milyon dollar ayıran Zelandiyada tam orta təhsil müddəti 13 ildir.

Burada 8 dövlət universiteti mövcuddur, özəl universitet isə yoxdur. Ali təhsil ocaqlarının az olmasına baxmayaq dünyanın ən yaxşı universitetləri sırasındadırlar.

Yeni Zelandiyanın aparıcı ali təhsil müəssisəsi  1883-cü ildə yaradılan Oklənd Universitetidir. Universitetdə təhsil haqqı fakültə və proqrama görə dəyişir. Bakalavr pilləsində yerli tələbələrin təhsil haqqı proqramdan asılı olaraq 4000-7000 Yeni Zelandiya dolları arasında dəyişir. Ölkədə tibb və cərrahiyyə üzrə təhsil haqqı isə 12000 dollardan yüksəkdir. Bu universitetdə təhsil alan tələbəyə təhsil haqqını çıxmaqla, əlavə xərclər üçün ildə 18000-24000 dollar lazımdır. Əlavə xərclərə yataqxana, qida, nəqliyyat, tibbi sığorta, kitab ləvazimatları, geyim və s. aiddir.

Yeni Zelandiya  ingilisdilli ölkə olduğundan  əcnəbi tələbələr  burada ingilis dillərini daha da təkmilləşdirə bilərlər. İngilis dilini  bilməyən  tələbələr üçün bir çox  universitetlərdə ingilis dili hazırlıq proqramları mövcuddur.

Əcnəbi tələbələrin bu ölkədə  bakalavr  pilləsinə daxil olması üçün hazırlıq (Foundation) proqramından  keçmələri tələbə olunur.

Qeyd edək ki, burada  oxumaq üçün  İELTS 6.0 tələb olunur.

Günel YAŞARQIZI