Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-11 09:24:00
Satıcı və nəzarətçi-xəzinədar peşə ixtisasları üzrə imtahan təşkil olunacaq  

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar peşə ixtisasları üzrə fəaliyyət göstərən, lakin formal təhsil ala bilməyən şəxslər üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

TKTA-dan  bildirilib ki, imtahanlarda uğurlu nəticə əldə edən ərizəçilərə müvafiq peşə ixtisası üzrə dövlət nümunəli təhsil sənədi təqdim edilməklə yanaşı, onların məşğulluq imkanlarının artırılmasına, işlə təmin olunmasına da dəstək göstəriləcək.

Belə ki, agentlik və “Azərbaycan supermarket” MMC arasında bağlanmış müqaviləyə əsasən, sözügedən peşə ixtisasları üzrə təhsil sənədi əldə etmiş vətəndaşlara “Bravo” supermarketlər şəbəkəsində işə qəbul prosesində üstünlük veriləcək və peşəkar iş mühitində çalışmaq imkanı yaradılacaq.