Azedu.az

Fransız kollecində “Ye, iç, yaşa” ixtisası üzrə magistr proqramı açılıb

Universitetlər

Maraqlı

Xaricdə təhsil

5 Yanvar 2022, 09:14
Fransız kollecində “Ye, iç, yaşa” ixtisası üzrə magistr proqramı açılıb

Əgər siz uzun müddətdir ki, ləzzətli yeməklər və içkilər haqqındakı biliklərinizə görə elmi dərəcə almaq arzusundasınızsa, Fransanın “Sciences Po Lille” kollecinin yeni açılmış magistr proqramı sizin üçün əla fürsətdir.

Yeni qeyri-adi ixtisasa qastro-diplomatiya, qida texnologiyası, mətbəxdə seksizmlə mübarizə, kənd təsərrüfatı tarixi və s. kimi bölmələr daxildir.

Həmçinin, gələcək magistrlər ən yaxşı aşpazların və qastronomiya ekspertlərinin ustad dərslərində iştirak edə biləcəklər.

“Sciences Po Lille”in professorları hesab edirlər ki, yeni ixtisas tələbələrin qeyri-adi peşələr vasitəsilə həyata olan marağını oyatmağın ən yaxşı yollarından biridir.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox