Lənkəran rayonunda bir nəfər göldə boğulub. AzEdu.az xəbər verir ki, hadisə Qurumba kəndində süni göldə baş verib.
Məlumata görə, 2003-cü il təvəllüdlü Əlizadə Şaiq Eldəniz oğlunun meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.