Azedu.az

DİM-də fənlər üzrə işçi qruplarının iclası keçirilib

Dövlət İmtahan Mərkəzi

14 Dekabr 2021, 13:48
DİM-də fənlər üzrə işçi qruplarının iclası keçirilib

Dövlət İmtahan Mərkəzində 13 dekabr 2021-ci il tarixində Azərbaycan dili və ingilis dili fənləri, 14 dekabr 2021-ci il tarixində isə kimya fənni üzrə işçi qruplarının iclası keçirilib

 

AzEdu.az xəbər verir ki, Azərbaycan dili, ingilis dili və kimya fənləri üzrə işçi qruplarının iclaslarında gündəlik məsələ onlayn sınaq imtahanı üçün tapşırıqların müzakirəsi olub.

 

Müzakirələr zamanı materialların müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğunluğuna xüsusi diqqət yetirilib.

 

Müzakirələrdə bildirilmiş fikir və təkliflər nəzərə alınıb.

 

Növbəti iclaslar 20-21 dekabr tarixlərində keçiriləcək.

 
Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox