Azedu.az

Bu imtahanda iştirak edəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər  

Dövlət İmtahan Mərkəzi

14 Dekabr 2021, 12:25
Bu imtahanda iştirak edəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər  

Dekabrın 19-da keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində (mühasibat uçotu üzrə) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

 

AzEdu.az xəbər verir  ki, buraxılış vərəqəsini çap etmək üçün DİM-in saytında yerləşdirilən linkə daxil olmaq lazımdır. Namizədlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də ayrıca vərəqdə çap etməlidirlər.

 

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini , imtahana buraxılış vərəqəsini, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir.

 

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İmtahan iştirakçıları üçün “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox