Azedu.az

Biologiya və tarix fənləri üzrə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub  

19 Noyabr 2021, 09:24
Biologiya və tarix fənləri üzrə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub  

Noyabrın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda biologiya fənni üzrə IV ixtisas qrupu, tarix fənni üzrə isə II və III ixtisas qruplarına ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub.

 

Müzakirələr nəticəsində imtahan modellərində tətbiq yönümlü, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan tapşırıqlara üstünlük verilib. Həmçinin Eyler-Venn diaqramı və klasterdən istifadəyə, situasiyaya və mənbəyə aid tapşırıqların elmi-metodiki xüsusiyyətlərinə xüsusi diqqət yetirilib.

 

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

 

Qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək.

 

İşçi qrupunun növbəti iclası noyabrın 25-də olacaq.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox