Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-01 11:29:00
UNEC: “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsi davam etdirilir  

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana-İnformasiya Mərkəzində “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsi davam etdirilir.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, layihənin doqquzuncu sayında Şotlandiya Milli Kitabxanasında Nizami Gəncəvi irsi araşdırılıb. Kitabxanada dahi şairin irsinə dair ümumilikdə 11 adda kitabın biblioqrafik yazısı aşkar olunub. Burada Bakı ilə yanaşı, Moskva, London, Oksford, Bristol, Kembric, Nyu-York şəhərlərində nəşr edilən Azərbaycan dilində 1, rus dilində 1, ingilis dilində 9 əsər mühafizə olunur.

 

Araşdırma zamanı məlum olub ki, Şotlandiya Milli Kitabxanasında ədibin irsinə dair mühafizə olunan ən qədim nümunə 1881-ci ildə Londonda ingilis dilində çap olunmuş “İsgəndərnamə” poemasıdır. Kataloqda yeni nəşrlər arasında 2020-ci ildə Nyu-Yorkda ingilis dilində çap olunmuş “Transformational embodiment in Asian religions: subtle bodies, spatial bodies” sərlövhəli kitabın biblioqrafik təsviri verilib və kitabda Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ndə Məhəmməd peyğəmbərin səmavi səyahətinin elementlərinin təcəssümündən bəhs edən yarımbaşlıq təqdim edilib.