Azedu.az

Coğrafiya və riyaziyyat fənləri üzrə imtahan proqramları müzakirə olunub

Dövlət İmtahan Mərkəzi

30 Oktyabr 2021, 10:48
Coğrafiya və riyaziyyat fənləri üzrə imtahan proqramları müzakirə olunub

Oktyabrın 29-da Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclasda coğrafiya fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı, riyaziyyat fənnindən isə buraxılış imtahanı proqramları müzakirə edilib.
Müzakirə zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan dərsliklər ilə əvvəlki illərin nəşrləri müqayisə edilib. Dərsliklərdə uyğunsuzluq, mübahisəli məqamlar olarsa, proqramlarda nəzərə alınacaq.

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Noyabrın 4-də müzakirə davam etdiriləcək.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox