Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-09 14:54:00
Universitetə daxil olmaq üçün peşə təhsilini seçməyin mənası olmayacaq-Rövşən Nəcəfov

“Subbakalavrlar universitetə daxil olmaq üçün peşə təhsilini seçəcəksə, bunun heç bir mənası olmayacaq”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında "İnsan Mühəndisliyi" proqramının rəhbəri, təlimçi Rövşən Nəcəfov deyib.

 

Belə ki, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.

 

“Hazırda peşə təhsilinə maraq fərqli formada həyata keçirilir. Qəbul edilən qərar test xarakteri daşıyır. Belə ki, ölkəmizdə ali təhsil dəb halını alıb və çox insanlar bu yola qaçır. Yeni qərar gənclərə şans yaradır ki, peşə təhsilinə getsələr də, ali məktəbi seçə bilsinlər Bu, dövlətin maraqlar üzərində apardığı  marketinq taktiksıdır”.

 

Rövşən Nəcəf qəbul prosesinin dəyişdirilməsinin tərəfdarı olduğunu söyləyib:

 

“Düşünürəm ki, qəbul prosesi yenidən dəyişdirilməlidir. Bizdə dövlət sifarişi və  ödənişli oxumaq üçün şərtlər eyni qaydada təklif olunur. Lakin heç bir ölkədə ali məktəbə qəbul olmaq çətin deyil, məzun olub həmin ixtisasa yiyələnmək əziyyətlidir. Təhsil ictimaiyyəti  daha çox bu məsələyə diqqət ayırmağı bacarmalıdır. DİM mövzuya nəzarət etməli və fərqinə varmalıdır ki, bütün problemlərin həlli imtahan deyil.

 

 

Peşə təhsilinə maraq yaratmaq üçün məzunlara subbakalavr adı vermək düzgün deyil. Həmin şəxslər sırf universitetə daxil olmaq üçün bu yolu seçəcəksə, qərarın heç bir mənası olmayacaq. Bu təklif insanların maraqları istiqamətinə yönəlməyib, onu gənclərin imkanlarını genişləndirmək yoluna çevirmək lazımdır. Günümüzdə hər şeyi imtahan etsək, o zaman hamı xaricə üz tutacaq. Vətəndaşlarımız üçün dünyanın 1000 ən yaxşı universitetlərinə daxil olmaq, ölkəmizdə ən aşağı təhsil verən ali məktəbinə daxil olmaqdan daha asandır. Bu düyünü açmaq lazımdır. Dövlət sifarişli təhsil almaq istəyən şəxslərə istənilən şərti qoymaq olar, bu dünyanın bütün ölkələrində eynidir. İmtahan sistemini yalnız ödənişsiz təhsil almaq istəyən insanlara şərt kimi irəli sürülür. Nəhəng universitetlər olan Harvard və Stantford imtahan tələb etmir. Bu tip məsələləri həll etdikdən sonra peşə təhsilinin üzərinə düşmək lazımdır”.

 

Qeyd edək ki, yüksək texniki peşə təhsilini bitirmiş şəxslərə orta ixtisas təhsili pilləsini bitirmiş şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsinin verilməsi və və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququnun təsbit olunması yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini zəruri edir.

 

Belə ki, ali təhsil pillələri üzrə tədris Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış kredit sistemi ilə təşkil edilir ki, bu da təhsil pillələrində əldə edilmiş kreditlərin digər təhsil pilləsində tanınmasına imkan verəcək.

 

“Peşə təhsili haqqında” qanuna təklif olunan dəyişikliklər, bu məqsədlə “Təhsil haqqında” qanuna edilməsi nəzərdə tutulan dəyişikliklərə uyğun olaraq hazırlanıb.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları