Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-07 16:09:00
Çox effektiv öyrənmə metodunun yaradıcısı:  İmtahan uğuru üçün iki həftə bəs edir -MÜSAHİBƏ  

 

 

Bir çox ölkələrdə  müxtəlif öyrənmə metodlarından istifadə edilir. Bunlar da öz növbəsində şəxslərin fərqli imtahanlarda yüksək nəticə qazanmasına  şərait yaradır.

 

 

Ölkəmizdə də bir sıra öyrənmə metodları tətbiq edilir.

 

 

Onlardan birinin yaradıcısı olan təhsil üzrə təlimçi Maarif  Quliyev bütün imtahanlardan uğurlu nəticə qazanmaq  üçün “10 qızıl qayda” adlı öyrənmə və öyrətmə metodunu yaradıb.

 

 

 

AzEdu.az-a danışan təlimçi öyrənmə metodunun yaranmasından söhbət açıb:

 

 

 

“Effektiv öyrənmə metodları şagirdlərin yaradıcı düşünərək düzgün yollardan istifadə etməklə rahat mənimsəməsinə yönəlib. 2010-cu ildən etibarən bu metodları hazırlamağa başladım. Bir il sonra isə onun tətbiqinə keçdim.

 

 

 

Abituriyent zamanı imkansızlıq ucbatından bir neçə fəndən özüm hazırlaşmağa məcbur oldum. Digər dərslərdən isə repetitor yanına getsəm də, istədiyim nəticəni əldə edə bilmədim. Sevdiyim ixtisasdan 3 balla kəsildim. Bundan sonra  metodlar axtarmağa başladım. Bu arada fərqinə vardım ki, hər fənnin öz oxuma yolu var. Müəllimsiz olsa belə, öyrənmək mümkündür. Zəif çalışan uşaqları müşahidə edirdim və onların arzularına çata bilmədiyinin fərqinə vardım. Bu metodu  tapdıqdan sonra cəmiyyətə xeyir versin deyə onun təbliğatı ilə məşğul oldum. Həmin metodlar vasitəsi ilə 1 həftəyə sürücülük vəsiqəsi əldə etdim, 2 həftəyə magistr, 3 həftəyə dövlət qulluğu, 2 aya universitetə daxil oldum.

 

 

Əvvəllər 30-40 qayda mövcud idi, sonra onu ələkdən keçirərək 10-nun daha vacib və əhəmiyyətli olduğunu müşahidə etdim”.

 

 

Maarif Quliyev metodların müxtəlif mərhələlərinin əhatə dairəsi haqqında məlumat verib:

 

 

“Metod 10 qızıl qayda üzərində qurulub. Birinci mərhələ tanımaqla bağlıdır. O, özlüyündə 3 yerə bölünür, bunlara məqsədlərin müəyyən edilməsi,  öyrənmə stillərinin tapılması və maraqların müəyyənləşdirilməsi aiddir. İkinci mərhələ isə mövzu ilə bağlı ilkin tanışlığı əhatə edir. Buna öncədən hazırlaşma və tanıma mərhələləri də deyilir. İlkin hazırlıq prosesi hansısa mövzuya öncədən yanaşmanı  ehtiva edir. Üçüncü qayda qeyd aparılması ilə bağlıdır və 3 mərhələni əhatə edir. Bu, fikirlərin və öyrənmənin qeydinin aparılmasını əhatə edir.

 

Dördüncü mərhələ dinləmədə diqqətin cəmlənməsindən tutmuş  dərs prosesində aktivliyə kimi bir çox məsələni birləşdirir.

 

Beşinci qızıl qayda isə test işlənməsi ilə bağlıdır. Bu, bildiyimiz kimi test işləməsini əhatə etmir. Burada gün və aya uyğun olaraq testlərin maksimumdan minimuma endirilməsi məsələsi var. Bu, asandan çətinə doğru getməyi özündə ehtiva etdirir.

 

Altıncı qızıl qayda təkrar etməyi əhatə edir. O, da günlük, iki günlük və bir aylıq olmaqla çoxalandan azalana qədər mümkün olur.

 

Yeddinci üsul bilik bazasının genişləndirilməsidir. Bu mərhələ çətin mövzuların dünyagörüşü vasitəsi ilə  uyğunlaşdırılmasına hesablanıb.

 

Növbəti qızıl qayda isə planlamadır. Şəxs gündəlik öz planlamasını tətbiq etdikdən sonra nizamlı şəkildə dərs oxumağa meyil edir.

 

Burada yeməkdən dincəlməyə doğru hər şey öz əksini tapır. Doqquzuncu qızıl qayda isə imtahan prosesidir. O, öz növbəsində imtahan öncəsi, imtahan günü və ondan sonra olan zamanı əhatə edir.

 

Onuncu qayda isə  doqquz qaydanın özəyini təşkil edən motivasiyadır. Bu qayda şəxsin enerjisini çoxaltmağa  və çətinə düşdüyü an yenidən ayağa qalxmasını təmin edir. Burada əzimkarlıq, cəhd və mübarizəni qiymətləndiririk”.

 

 

Mafrif bəy, metodların tətbiq istiqaməti haqqında danışıb:

 

 

“Bu metodların tətbiqi daha çox 8-ci sinifdən yuxarı olan şagirdləri, magistratura və dövlət qulluğu, sürücülük vəsiqəsi almaq istəyən şəxsləri əhatə edir. Həmçinin, digər imtahanlara hazırlaşan insanlar da bu metodlardan istifadə edə bilərlər”.

 

 

Təlimçi 10 ildən çoxdur ki, yaratdığı metodların nəticələrindən söz açıb:

 

 

“Nəticələrimiz çox yüksək olur. Məsələn, 500 bal toplaya bilən abituriyent həmin nəticəni 620-650 bala çatdıra bilər. Bu metodlardan istifadə qəbul zamanı nəticənin 100-150 bal artmasına şərait yaradır.

 

 

 

Həmçinin, müəllimlər üçün də effektiv öyrətmə metodları hazırlamışıq. Digər şəxslər üçün olan 10 qızıl qaydanı müəllimlərə öyrətmə vasitəsi ilə tətbiq edirik. Müəllim və şagirdlərin hər biri bu metodlardan istifadə etsə, çox əla olar. Biz təlim keçdiyimiz şagirlərin müəllimlərinə də bu metoddan istifadə etmənin vacibliyini bildiririk. Hazırladığımız şagirdlər ən yüksək balla universitetə daxil olublar”.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları