Azedu.az

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 1268 nəfər qəbul olub

Dövlət İmtahan Mərkəzi

9 Sentyabr 2021, 10:48
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 1268 nəfər qəbul olub

Kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, kolleclərə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 1268 abituriyent qəbul olub. Onların 1203 nəfəri Azərbaycan, 65 nəfəri isə rus bölməsində təhsil alacaq.
Xatırladaq ki, abituriyentlərin qəbul olduqları təhsil müəssisələri üzrə qeydiyyatı portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox