Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-03 18:00:00
Müəllim namizədlər bəzən təhqir olunduqları deyirlər -Direktordan etiraz

 

 

“Bəzən  namizədlərin  müxtəlif  qeydləri olur, “komissiya üzvləri  məni  təhqir  edib” deyirlər. Bu,  çox təəssüf  hissi  doğurur”

 

AzEdu.az  xəbər  verir  ki, bunu  İnsan  Resursları  Mərkəzinin  direktoru  Nurlan İsmayılbəyli  MİQ  üzrə  müsabiqənin  sonlarına  dair  keçirilən  canlı  yayımda  deyib.

 

Direktor  namizədlərlə  bağlı  müsahibə  mərhələsində yaranan problemlərdən danışıb:

 

“Müsahibə  zamanı  qeydə  alınan  videolentlər  bizim  komissiyalar  üzərindəki  yoxlama  mexanizmlərimizi  həyata  keçirməyimiz  üçündür. Biz  belə  hallarda  təkrar-təkrar  yoxlanış  aparırıq, ancaq belə bir şeyin  olmadığını  görürük. Bunu  qəbul  etmək  lazımdır  ki, komissiya  üzvləri  də  təhsilverənlərdir, ümumi  təhsil  müəssisələrinin  direktorları və psixoloqlarıdır. Siz  onların  gələcək  həmkarları  olacaqsınız. Buna görə  də  sizi hansısa formada  təhqir  etməkləri  yolverilməzdir, belə bir şey mümkün deyil”.