Təhsil Nazirliyi orta məktəblərdə xarici dilin tədrisi formasını açıqlayıb.
Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, Azərbaycanın ümumtəhsil məktəblərində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir.
I və V siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir.