2021/2022-ci tədris ili üçün Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) V ixtisas qrupu üzrə tələbə qəbuluna 170 plan yeri ayrılıb.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2020-2021-ci tədris ilində isə UNEC-də qəbul planı 120 yer olub. Bu, ötən illə müqayisədə 50 yer çoxdur.