Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-20 14:48:00
Xarici ölkələrin fərqli təhsil sistemləri-Üzən məktəblər, itlərin köməyi ilə keçilən dərslər

Dünyanın bütün məktəbləri demək olar ki, bir birindən fərqlənir. Əsas məqsəd təhsildir, ancaq tədrisin həyata keçirilməsində çox fərqlidirlər.

 

AzEdu.az xarici ölkədə təhsil almaq istəyənlər üçün maraqlı ola biləcək həmin fərqləri təqdim edir.

 

■ Nigeriyadakı Makoko icmasının yerli memarlığı və yenilikçi texnologiyalarını bir araya gətirən "üzən məktəb" layihəsi bölgədəki təhsil problemlərinə həll tapmağa çalışır.  Məktəb olaraq istifadə ediləcək bu üç mərtəbəli bina 256 plastik çəlləyin üzərində dayanır və üçbucaq prizmalar şəklində dizayn edilmişdir.  Material olaraq taxta istifadə olunur və binaların ehtiyac duyduğu enerji günəş panelləri ilə təmin edilir.  Bu məktəbdə təxminən 100 şagirdin təhsil alması gözlənilir. 


Yaponiyada şagirdlər məktəblərə girərkən ayaqqabılarını çıxarırlar.  Şagirdlərin məktəbdə ayaqqabılarını çıxartmasının bir neçə səbəbi var.  Birinci səbəb təbii ki, təmizlikdir.  Koreyada olduğu kimi, Yapon məktəblərində də təmizlikçiyoxdur və şagirdlər təmizlik işlərini özləri görürlər.  Öz məktəblərini təmizləyən şagirdlər də çirkləndirməmək səy göstərirlər.  Bu kimi hallar şagirdlər arasında bərabərlik anlayışını da inkişaf etdirir.


Almaniyanın kimya, fizika, sülh və ədəbiyyat sahələrində ümumilikdə 102 Nobel mükafatı vardır.  Ölkənin dünyanın ən hörmətli və keyfiyyətli təhsil müəssisələrinə ev sahibliyi etməsi bu işdə böyük rol oynayır.  Almaniya, xüsusilə  elm sahəsində dünyanın aparıcı araşdırmalarına və ixtiralarına imza atmış bir ölkədir.


ABŞ-da universitetlərin tələbə klubları var.  Bu klublar, universitetlərin icazəsi ilə qanuni çərçivədə fəaliyyət göstərir.  Ancaq Yale Universitetinin tələbə klubu olan "Skull and Bones"( Qurubaş və Sümüklər) 1832-ci ildə qurulduğu gündən bu yana qanuni fəaliyyətinə baxmayaraq gizli saxlanılan yeganə klubdur.  Üzvləri kimsəyə sirr vermirlər.


Finlandiya təhsil müəssisələrində son dərəcə qeyri-adi bir metoddan istifadə olunur.  Xüsusi təlim keçmiş itlər uşaqların oxuma vərdişlərinin inkişafına kömək edir.  İtlə işləyən uşaqların özünə inamının və yaradıcılığının və oxuma vərdişlərinin artdığı görüldükdə layihə rəsmi tədris planına əlavə edildi.


Yaponiyada milli büdcənin 12%-i  təhsilə ayrıldığı halda, yalnız yüzdə 7,7%-i hərbi xərclərə ayrılır.


Yapon şagirdlər ən müstəqil şagirdlərdir. Məktəbə öz imkanları ilə gedirlər.  Siniflərini və məktəblərini özləri təmizləyirlər, gətirdikləri yeməkləri paylaşır və birlikdə yeyirlər.


Əhalinin  50%-i orta təhsildən daha öndə olan Kanada dünyanın ən savadlı ölkəsidir.  Növbəti sıralarda yüzdə 45 ilə İsrail, yüzdə 44 ilə Yaponiya gəlir.


Belçikada ali təhsilli insanlar üçün işsizlik nisbəti  3 % təşkil edir.  Ölkədəki müəllimlərin maaşları OECD ortalamasıolan 39 min Avronun üzərində- 57 min Avrodur.


ABŞ-da 93 milyon insan yalnız qəzet oxuya biləcək qədər əsas oxu biliklərinə sahibdir.  Lüğətlərdəki sözlərin  65%-ni düzgün yaza bilmirlər.  Bu çatışmazlığın ABŞ iqtisadiyyatına vurduğu ziyan ildə 200 milyard dollardır.


Cənubi Sudan  27% ilə dünyada ən aşağı savadlılıq səviyyəsinə sahibdir.  6-17 yaşlı uşaqların  70%-i məktəbə qədəm qoymayıb.


Hindistanın ikinci böyük şəhəri olan Lucknow'dakı Montessori Məktəbi, dünyada ən çox şagirdinin təhsil aldığı məktəbdir. Dərslərə eyni vaxtda tam 32 min şagird qatılır.


 İtaliyanın Turin şəhəri dünyanın ən kiçik məktəbinə sahibdir.  Məktəbdə bir şagird və bir müəllim var.


1088-ci ildə qurulan Bolonya Universiteti bugünkü müasir universitetin təməlidir. 


Müəllimlik etmək asan bir peşə deyil ... Onlarla uşağa qarşısəbr etmək lazımdır.  ABŞ-da müəllimlərin  14%-i ilk ilini bitirməmiş istefa edir.  Üç ilin sonunda istefa edənlərin nisbəti 33%, beş ildən sonra işdən çıxanların nisbəti  50%-dir.


Ən çox ev tapşırığı Çinli şagirdlərə verilir.  Şagirdlər həftədə 14 saat ev tapşırığı edirlər.

 

Hollandiyada dörd yaşı tamam olan hər uşaq dərhal məktəbə yazdırılır.


Braziliyada uşaqların anaları ilə əlaqəsinə xüsusi önəm verilir. Dərs səhər saat 7-də başlayır və günorta bitir.  Bütün şagirdlər məktəbdə anaları ilə nahar etdikdən sonra evlərinə gedirlər.

Fidan Ali