Azedu.az

Məktəbin kompüter və printerini oğurladılar

Məktəblər

23 İyul 2018, 13:58
 Məktəbin kompüter və printerini oğurladılar
Bakıda məktəbdən oğuluq edən şəxslər tutulub. 
 
AzEdu.az-ın DİN-in saytına istinadən məlumatına görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 5-də rayon ərazisindəki tam orta məktəblərin birindən kompüter və printer oğurlamaqda şübhəli bilinən Ələt qəsəbə sakinləri Sübhan Dadaşzadə və Əvəz Abbasov saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
SON DƏQİQƏ! İranın yeni müdafiə naziri də ö*ldürüldü
Son xəbərlərDaha çox