Azedu.az

Texniki Universitetdə növbəti onlayn “Açıq qapı” günü

Universitetlər

30 İyul 2021, 16:28
Texniki Universitetdə növbəti onlayn “Açıq qapı” günü

Azərbaycan Texniki Universiteti (AzTU) və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə onlayn “Açıq qapı” günü keçirilib.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, tədbirdə universitetin rəhbərliyi ilə yanaşı, “Hədəf Kursları”nda təhsil alan abituriyentlər və onların valideynləri də iştirak ediblər.

 

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Kamran Rəsulov texniki sahə üzrə ali təhsilin məqsəd və hədəfləri barədə təqdimatla çıxış edib.

 

Görüş zamanı AzTU-nun ixtisasları və ötən il qeydə alınan keçid balları da abituriyentlərin diqqətinə çatdırılıb.

 

“Hədəf Kursları” MMC-nin icraçı direktoru Emin Sadiqov belə bir faydalı görüşün təşkilinə görə universitetin rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, l və II ixtisas qrupları üzrə hazırlaşan abituriyentlər üçün “Açıq qapı” günlərinin təşkili, həmçinin mühəndislik ixtisasına marağı olan yuxarı sinif şagirdlərinin texniki biliklərinin artırılması ilə bağlı kursların keçirilməsi universitet-məktəb əməkdaşlığında əsas təbliğat istiqamətlərindən biridir.

 

Qeyd olunub ki, belə görüşlər mütəmadi olaraq davam etdiriləcək

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox