Azedu.az

Tələbə köçürülməsi üçün sənəd qəbulunun vaxtı uzadıldı

Universitetlər

Tələbələr

26 İyul 2021, 12:31
Tələbə köçürülməsi üçün sənəd qəbulunun vaxtı uzadıldı

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, sənəd qəbulu 26 iyul saat 15:00-dək davam edəcək.

Bu günədək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1363 müraciət qeydə alınıb. 1363 nəfərdən 14-ü magistratura səviyyəsindən, 113-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 127-si orta ixtisas təhsili müəssisəsindən, 1123 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.

 
 
Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox