Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-06 06:27:58
“Savadsız qadın ordusu məktəbləri zəbt edib” - Ekspertdən sərt açıqlama

Gender bərabərliyi müasir dövrün əsas problemlərindən biridir.

Bu özünü müxtəlif sahələrdə kişi və qadınların balansının pozulmasında büruzə verir.Azərbaycanda bu qeyri-bərabərlik müəllimlik peşəsində xüsusilə  müşahidə olunur.

Belə ki, əgər ümumi təhsil müəssisələrində müəllimlərin sayı  155786 nəfərdirsə, bunun 122522 nəfərini qadınlar təşkil edir. Təkcə Bakıda isə müəllimlərin 90%-indən çoxu qadınlardır.

Nəzərə alınmalıdır ki, uşaqlar evdə ana ilə, bəzən xanım dayələrlə, bağçada, daha sonra isə orta məktəbdə qadın müəllimlərlə ünsiyyətdə olurlar. Bu isə istər qızların, istərsə də daha oğlanların xarakterində, psixologiyasında müəyyən neqativlər yaradır. Psixoloqlar hesab edir ki, bu hal daha çox oğlanlara təsir edir, onların yumşaq xarakterli olmasına səbəb olur. 

Məsələ ilə bağlı AzEDU.az-a danışan sosioloq alim, professor Əhməd Qəşəmoğlu aşağı təhsilli böyük bir qadın kütləsinin artıq orta təhsil müəssisələrini zəbt etdiyini və bunun çox böyük bir problem olduğunu bildirib:

“Azərbaycandakı kişi müəllimlərin sayınınson onillikdə olduqca azalması çox narahatedici məsələdir. Bu, məktəblərdə ümumi psixoloji mühitin dəyişməsinə səbəb olur. Həmçinin yeni formalaşmaqda olan nəslin psixologiyasında neqativ rol oynayır.

Bir ara dəb düşmüşdü ki, qız uşaqlarının pedaqoji təhsil almaları daha məqsədəuyğundur. Çünki bura fağır, sakit yerdir. Hətta çox oğlanlarpedaqoji təhsilli qızlarla evlənməyə daha çox üstünlük verirdilər. O vaxtlar pedaqoji universitetlərə neqativ yollarla qəbul olunma halları da az deyildi. Belə olduğu halda bu universitetlərə zəif təhsilli, əksəriyyəti orta məktəbi aşağı qiymətlərlə bitirmiş qızların kütləvi axını başlandı.İndi onlar müəllimədir. Təsəvvür edin ki, dar dünyagörüşlü, savadı arzu olunan şəkildə olmayan böyük bir qadın kütləsi hazırda orta məktəblərdə müəllimlik edir. Elə buna görə də ortada çox ciddi problemlər var”.

O, orta məktəblərdə qadın müəllimlərin sayının çoxluğunu maddi problemlərlə əlaqələndirib:

“Qadınlar maddi dəyərlərə qarşı daha həssas olduqlarından, orta məktəblərdə xüsusi günlərdə hədiyə gözləmək kimi maddiyyatla bağlı söhbətlər dolaşır. Bunu qadınlarımızıaşağılamaq məqsədi ilə demirəm. Sadəcə bu məsələni bir sosial-psixoloji problem kimi aradan qaldırmaq lazımdır. Qadınlarımız inciməsin, amma ortada çox ciddi faktlar var”.

2017-07-31-15-30-5524.jpg

Ə.Qəşəmoğlu kişilərin bu sahəyə meyl etməməsinin bir səbəbini də əmək haqlarının azlığıyla bağlayıb:

“Orta məktəblərdə qadınların çox olmasının digər səbəbi də, bu əməkhaqqının kişiləri qane etməməsidir. Çünki hazırda müəllim maaşı ailə saxlamaq üçün kifayət etmir. Amma 30-40 il bundan öncə əksinə idi. Mən özüm müəllim ailəsində böyümüşəm. Çoxuşaqlı ailə olsaq da, atamın maaşı bizi təmin edirdi. Ailəmizin o vaxtlar kənddəki kolxoz sədri qədər olmasa da, müəyyən qədər təminatı var idi. Müəllim maaşı ilə normal, ciddi bir problem görmədən yaşayırdıq. İndi isə müəllim maaşı nəinki çoxuşaqlı, heç azuşaqlı ailəni də saxlamağa imkan vermir. 

Müəllimlərin maaşı artırılmalıdır. Amma bunu necə gəldi əmr verərək etmək olmaz. Maaş artımı müəllimin əməyinin nəticəsinə uyğun olaraq edilməlidir. Yəni bu zaman şagirdlərin bilik, vətənpərvərlik, əxlaqi səviyyələri nəzərə alınmalıdır.

Üzən maaş siyasəti olmalıdır ki, savadlı müəllimlər daha çox əməkhaqqı alsınlar. Belə olduqda zəif müəllimlər sıxışdırılıb orta təhsil müəssisələrindənkənarlaşdırılacaq. Onların yerini isə daha qabiliyyətli  müəllimlər tutacaq. Təbii ki, kişi müəllimlərin də sayı artacaq.

Amma bunu, şagirdlərin qəlbində müəllimliyə sevgi olmadan,  hansısa maddi stimulla əldə etmək olmaz. Əvvəlcə insanda  daxili psixoloji tələbat, istək olmalıdır ki, daha sonra iqtisadi təsirlər də buna kömək etsin”.

“Oğlanlarda zəif xarakter formalaşdırırlar”

Müsahibimiz hesab edir ki, qadın müəllimlərin çoxluğu, yəni uşaqların daim qadınlarla ünsiyyətdə olması oğlan uşaqlarında zəif xarakter formalaşdırır:

“Uşaq psixologiyası elədir ki, müəllimin rəftarı onun üçün model davranışdır. Müəllim yaxşı olduqca şagirdin gözündə ideallaşır. O, müəllimin bütün hərəkətlərini təqlid etməyə, davranışını mənimsəməyə çalışır.

Beləcə, on bir il əsasən qadın müəllimlərin əhatəsində formalaşmış oğlan uşaqları gələcəkdə həyatın kişilik xüsusiyyətləri daha çox tələb olunan sahələrində işləyəndə, özlərini toparlayıb lazımi iradəni göstərə bilmirlər.

Bu hal daha çox orduda müşahidə olunur. Mən dəfələrlə zabitlərlə bu barədə söhbət etmişəm. Onlar deyirlər ki, biz orta məktəbdən gələn oğlan uşaqlarına uzun müddət cəsarətli, iradəli olmağı təbliğ edir, artıq formalaşmış komplekslərini aradan qaldırmağa çalışırıq. Dərhal hiss olunur ki, orta məktəbdə hansısapsixoloji proseslər arzu olunan şəkildə getməyib”.

Ə.Qəşəmoğlu bunu aradan qaldırmaq üçün mütləq şəkildə fəaliyyət planının hazırlanmalı olduğunu bildirib:

“Acınacaqlı vəziyyət yaranıb. Ölkədə hər hansı problem olanda düşünürlər ki, ağıllı bir adam peyda olacaq və bir təklif deyəcək, bu təklifin hesabına bütün problemlər həll olunacaq. Bu mümkün deyil.

Artıq uzun illərdir ki, Avropada, dünyanın qabaqcıl ölkələrində müəyyən bir problemi həll edərkən ciddi elmi təminat əsasında fəaliyyət proqramı qurulur və həyata keçirilir. Biz də bu metoddan istifadə etməliyik. Bu fəaliyyət proqramı hazırlananda məlum olacaq ki, qanunvericilik bazasında, təhsil sistemində hansı dəyişikliklərə ehtiyac var, hansı tədbirləri görməklazımdır.

Elə etməliyik ki, bu, bir kompaniya təsiri bağışlamasın. Ahəng  qorunsun. Həm qadın, həm də kişi müəllimlər əməklərindən qürur duysunlar”.

O, kişi müəllimlərlə bağlı yaxşı filmlər çəkilməsinin vacib olduğunu bildirib:

“Orta məktəb dərsliklərində vaxtiləmüəllim kimi çalışmış tarixi şəxsiyyətlər barədə geniş materiallar vermək lazımdır.Aşağı sinif dərsliklərinəbədii əsərlərdən kişi müəllimlərin əməyini təqdir edəcək xüsusi hissələr, hekayələr və s. salmaq olar.

Teleseriallara ciddi fikir vermək lazımdır. Kişi müəllimlərlə bağlı yaxşı teleseriallların, sənədli filmlərinçəkilməsinəehtiyac var. Bir vaxtlar “Bizim Cəbiş müəllim” özü də elə bu istiqamətdə atılmış bir addım idi.”

Professor təklif edib ki, kişi müəllimlərə güzəştlər, əlavə təqaüdlər verməklə onları bu sahəyə cəlb etmək olar:

“Biz vaxtilə orta məktəblərdə yaxşı təbliğat işi apara bilməmişik. Oğlan uşaqlarında kompleks yaranıb ki, müəllimlik qadın işidir, ciddi iş deyil. 

Qəbul imtahanında yüksək bal toplamış şagirdlər, xüsusilə də oğlan uşaqları pedaqoji universitetə qəbul olandan sonra xüsusi təqaüdlər, təhsilinibaşa vurub rayonlara gedəndə isə orada güzəştlərəldə etməlidirlər.Bunu torpaq sahəsi və ya əlavə əməkhaqqı verməklə etmək olar.

Gənclər bilməlidirlər ki, müəllimlik, vətənin tərəqqisi uğrunda çalışmaq deməkdir, hətta cəbhəyə getmək qədər şərəfli bir işdir. Elə etmək lazımdır ki cəmiyyətimizdə müəllimin nüfuzu qalxsın. Bir kişi utana-utanayox, fəxrlə desin ki, mən müəlliməm”.

Lamiyə Süleymanlı