Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-11 09:51:00
Magistr  olanların siyahısı, keçid balları - Hamısı bu mənbədə 

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib.

 

DİM-dən AzEdu.az-a  bildirilib ki, jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar əksini tapıb.

 

Jurnalın elektron versiyasını (PDF formatında) Mərkəzin saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları