Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 761, tam orta təhsil səviyyəsi üzrə isə 1062 nəfər fərqlənmə attestatı ilə bitirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, artıq ümumi təhsil məktəblərinin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirmiş məzunlara fərqlənmə attestatları təqdim olunmağa başlayıb.