Azedu.az

Qeyri-formal və informal təhsilin tanınması məsələsi müzakirə olunub  

Universitetlər

17 İyun 2021, 13:00
Qeyri-formal və informal təhsilin tanınması məsələsi müzakirə olunub  

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə “AZMADE Group” MMC arasında qeyri-formal və informal təhsilin tanınması üzrə əməkdaşlıq barədə onlayn görüş keçirilib.

 

TKTA-dan AzEdu.az-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd əmək bazarının, eləcə də paytaxt və regionlarda müxtəlif peşə ixtisasları üzrə kadrlara olan tələbatın təhlil edilməsi, qeyri-formal və informal təhsil əsasında vətəndaşların əldə etdiyi bilik, bacarıq, səriştə və təcrübənin tanınması üzrə sahibkarlarla əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsindən ibarət olub.

 

Görüşdə qeyri-formal və informal təhsilin tanınması imkanlarının və vətəndaşlar üçün iş yerində təlimin və ömürboyu təhsil kontekstində peşəkar inkişafın əhəmiyyəti vurğulanıb.

 

Agentlik tərəfindən qeyri-formal və informal təhsilin tanınması istiqamətində görülən işlər, sahibkarlarla olan əməkdaşlıqlar və tanınması həyata keçirilən ixtisaslar barədə məlumat verilib.

Trampdan MƏHV EDİN! əmri - Ordusu İranı darmadağın edir
Son xəbərlərDaha çox