Azedu.az

ABŞ-da 20-dək məktəbli xəsarət alıb

Məktəblər

13 İyul 2018, 09:00
ABŞ-da 20-dək məktəbli xəsarət alıb

Kolorado ştatında (ABŞ) məktəb avtobusunun yük maşını ilə toqquşması nəticəsində 20-dək məktəbli xəsarət alıb. Bu barədə “Denver Post” qəzeti məlumat yayıb.

AzEdu.az xəbər verir ki, ştatın patrul xidmətinin məlumatına görə, sürücüsü yatan yük maşını Hadson şəhərində avtobusa çırpılıb. İçində 35 nəfərin olduğu avtobus yoldan çıxaraq aşıb. Sərnişinlərin hamısı avtobusdan çıxa bilib. Yol-nəqliyyat hadisəsi nəticəsində 19 uşaq və yük maşınında olan üç nəfər xəsarət alıb. Xəsarətlərin heç biri həyat üçün təhlükəli deyil.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox