Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-21 11:38:00
“Distant təhsildə inhisarçılığa yol verilməməlidir” – Rektordan vacib təklif

 

 

 

“Post- pandemiya  dövründə  xüsusi  ilə  distant  təhsil  sahəsində  universitetlər  arasında  rəqabətin  sərtləşəcəyi  qəbul  olunur. Bu  problemin  həlli  universitetlərin  şəbəkələşməsini  gündəmə  gətirir. Şəbəkə  universitetləri, şəbəkə  fakültələri, hətta  şəbəkə  ixtisaslarının  rolu  və əhəmiyyəti  artacaq”

 

AzEdu.az  xəbər  verir  ki, bunu  UNEC  rektoru  Ədalət  Muradov  Bakı  Ali  Neft  Məktəbinin  təşkilatçılığı  ilə keçirilən  “Post COVİD  müddətində  Ali  təhsil  və  Tədqiqat” mövzusunda  seminarda  qeyd  edib.

 

O, bildirib  ki,  bu  mövzuda  ən  yaxşı  müəllimləri  mütəxəssis  hazırlığına  cəlb  etmək  olar:

 

“Bu  həm  də  sərtləşən  rəqabətə  adekvat  reaksiya  olmaqla  keyfiyyətli  təhsilə  aparan  yolların  qısaldılması  kimi   qiymətləndirilə  bilər.Belə  ki,  işlədiyi  universitetdən, yaşadığı  yerdən  asılı  olmayaraq  ən  yaxşı   müəllimləri  mütəxəssis  hazırlığına  cəlb  etmək  olar”.

 

Rektor, distant  təhsildə  inhisarçılıq  məsələsindən  danışıb:

 

“Distant  təhsilə  keçid  zamanı  qaçınılmaz  görünən   təhlükələrdən  biri  də  təhsildə  rəqəmsal  inhisarçılıqdır. Bu  ənənəvi  analoq  inhisarçılıqdan  daha  da  ciddidir. Biz  həm  dövlət, həm  də  özəl  təşkilatların  distant  təhsillə  bağlı  rəqəmsal  inhisarçılığını  nəzərdə  tuturuq. Sirr  deyil  ki,  burada  söhbət  daha çox  distant  təhsil  modelinin  formalaşması  prosesində  tətbiq  edilən  təhsil   texnologiyalarının, təhsil  infrastrukturunun, hətta  yeni  olan  distant  təhsil  metodologiyasının  vahid  mərkəzdən  idarə  olunmasının  yarada  biləcəyi  təhlükədən  gedir. Bu  məqam  nəzərə  alınmalı  və  qısa  bir  zamanda  zəruri  tədbirlər  görülməlidir”.

 

Rektor  rəqəmsal  institutlar  mövzusuna  diqqət  çəkib:

 

“Rəqəmsal  təhsil  üçün  vacib  olan, lakin  təəssüf  ki, haqqında  çox  az  danışılan   məsələlərdən  biri  də  rəqəmsal  institutlardır. Doğrudur, institutlarla,  normalarla  keyfiyyətli  təhsilə  nail  olmaq  olmaz. Amma  həmin  normalarla  keyfiyyətli  təhsil  üçün  əlverişli  mühüt  yaratmaq  olar. Əminik  ki, bu  məsələ  aktuallığını  artıracaq  və  ən  qısa  vaxta  həllini  gözləyir”.