Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-05 06:31:52
İxtisasını dəyişən tələbələrin “qorxulu yuxusu” - Fərq imtahanlarının sayı niyə çoxdu?

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslərin akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə olunur. Əgər tələbənin fənn üzrə kredit borcu yaranarsa, tələbə həmin fənni yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən dərslərdə iştirak etməklə tələbləri tam yerinə yetirməlidir.

Köçürüldükləri ixtisas imtahanlarından əlavə imtahan vermək isə tələbələrə müəyyən problemlər yaradır. Adətən, 5-ci kursa qalan tələbələr onlara imtahanlarında heç bir güzəşt olunmadığından narazılıq edirlər.

Turğay Camalzadə Bakı Dövlət Universitetinin tələbəsidir. O, köçürülmə ilə ixtisasını dəyişərək bir sıra çətinliklərlə qarşılaşıb. O, köçürülmə ilə bağlı yaşadığı problemlərdən AzEDU-ya danışarkən bildirib ki, məcburən 5-ci kursa qalmalı olub:

“Mənim köçürüldüyüm fakültə ilə əvvəlki fakültəm arasında heç bir uzlaşma olmadığı üçün mənim fərq fənlərim yarandı, hal-hazırda da qalıb. Bu il məzun olmalı idim, lakin mən məcburən 5-ci kursu da oxumalı olacağam. 25%-lə imtahan girmək də mümkün deyil. Mənim üçün ciddi problemlər yaradır.

İstədiyim fakültəyə səhv düşməyimin səbəbi isə ixtisas adları və fakültələrin abituriyent jurnalına qarışıq yazılmasıdır. Əsas fakt budur. Qarışıq qeyd olunduğu üçün belə səhvlər tələbələr üçün gözləniləndir. Heç olmazsa, universitetdə ixtisas fənlərindən əlavə qeyri - ixtisas fənləri minimuma endirilsəydi, biz universiteti rahatca bitirə bilərdik.

Lakin əvvəldən bu qədər sıxma-boğmaya düşəcəyimizi bilmirdik. Demişdilər ki, fərq imtahanlarınız olacaq, amma bitirə biləcəksiz. Yəni bu qədər uzanacağını deməmişdilər”.

Təhsil üzrə ekspert Kamran Əsədov AzEDU-ya açıqlamasında qeyd edib ki, köçürülmə zamanı müraciət edən şəxslərə fərq imtahanları barədə ətraflı məlumat verilir: “Ona görə də, bu kimi hallar zamanı tələbə haqlı deyil. Çünki tələbə köçürüldüyü ixtisasın əvvəlki illərdə keçirilən fənlər üçün imtahan verməlidir. Düzdür, bu tələbəyə kifayət qədər ciddi problemlər yaradır, hətta köçürülən tələbə 4 il ərzində bütün kredit borclarını yerinə yetirə bilmir və nəticədə hərbi xidmətə çağırılan zaman ali təhsilli kimi yox, orta təhsilli kimi xidmət etməyə məcbur olur”

Bu il məzun olan Fidan Hüseynova 2-ci kursda Bakı Dövlət Universitetində bir ixtisasdan digərinə köçürülüb. Jurnalistika fakültəsi məzunu olan müsahibimiz bu köçürülmənin bir sıra çətinlikləri ilə qarşılaşıb. Hesab edir ki, bu tələbələrə ən böyük güzəşt fərq imtahan nəticələrinin təqaüdlərə təsir etməməsi olar: “Köçürülmənin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var. Müsbət tərəfi odur ki, arzusunda olduğun, xəyallarındakı fakültənin məzunu olmaq şansını qazanırsan.

Köçürülmənin yaratdığı çətinliklər isə fərq imtahanlarının olmasıdır. 1-ci kursda keçmədiyin fənləri 4-cü kursa kimi ödəmək məcburdur. Üstəlik 3-cü kursda ödəmək şansı da olmur, çünki hər iki kurs səhər növbəsinə düşür. Hər kəs 5 imtahan verərkən 7 imtahan vermək, ard-arda imtahanlara girmək və sonda da semestr balları hesablanarkənümumi ortalama balın sırf fərq imtahanlarına görə aşağı çıxması və s. ən ciddi problemlərdir.

kamran1_esedov-1.jpg

Tələbələrə fərq imtahanları ilə bağlı güzəşt kimi bizim də 25% ilə imtahan verməyimizə şərait yaradılmasını çox istəyərdim. Əlavə olaraq, bizə yay məktəblərində oturmaq şansı tanımaları da tələbələrin xeyrinə olardı.

Bir də mənvə eləcə də köçürülən bütün tələbələrəən böyük problem fərq imtahanlarının tələbə təqaüdlərinə təsir etməsidir”.

Köçürülən tələbələr üçün nə kimi güzəştlər tətbiq oluna bilər?

Ekspert Kamran Əsədov qeyd edir ki, hal - hazırda qüvvədə olan qanunvericilik aktlarına əsasən, tələbələr yalnız 2 fəndən kredit götürərək kəsri olan fənlərdə iştirak edə bilərlər: “Nəzərə alsaq ki, onlar bir semestr, ümumiyyətlə, o ixtisas üzrə təhsil almayıblar, deməli, onların ən azı 8 fəndən kəsrləri yaranır. Belə çıxır ki, tələbə əlavə olaraq 2 il də təhsil almalıdır ki, hələ 1-ci semestrdə ortaya çıxan kəsrləri bağlasın.

Ona görə də, hesab edirəm ki, köçürülmə edən tələbələr üçün kredit fənlərinin sayı artırılsın və onlara azı 4 - 5 fənn götürməyə icazə verilərək güzəşt olunsun. Və fakültələr müəyyən imtahanlarda tələbələri fərq imtahanlarındam kəsməməyə nail olsunlar”.

Tələbələrin köçürülməsi ilə bağlı qanunvericilik

Bu proses “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Müvəqqəti Qaydalar”ın tələblərinə əsasən tətbiq edilir.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır.

Tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunan eyni ixtisas qrupuna daxil olmalıdır.

Qanunvericiliyə əsasən, tələbələrə köçürülmə prosesi zamanı fərq imtahanları barədə geniş məlumat verilir.

Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Magistraturada təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, 1-ci tədris ilində eyni ixtisas üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək hüququna malikdirlər.

NəzrinCavid