Azedu.az

“Qəbul imtahanlarında güzəştə getmək, asanlaşdırmaq düzgün deyil”-Deputat

15 Aprel 2021, 10:36
“Qəbul imtahanlarında güzəştə getmək, asanlaşdırmaq düzgün deyil”-Deputat

“Ölkəmizdə şagirdlərin orta məktəbi bitirdikləri zaman attestat qiymətləri ilə universitetlərə qəbul olması prosesinə tam hazır deyilik. Bu bir sıra ölkələrdə tətbiq olunur. Azərbaycanda isə buraxılış imtahanı ilə yanaşı qəbul imtahanı da keçirilərək ümumi nəticə əldə edilir”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Elm və təhsil kompitəsinin üzvü, deputat Ceyhun Məmmədov Mediatürk tv-də yayımlanan “Bilim anı” verilişində səsləndirib. O, İmtahanlarda edilən güzəştlərdən də danışdı:

 

“Həddən artıq güzəştə getmək, qəbul imtahanını asanlaşdırmaq  düzgün deyil. Hər kəsin ali təhsil alması şərt kimi irəli sürülə bilməz, peşə təhsilini də unutmamalıyıq.  Pandemiya şəraitində də DİM-in qəbul etdiyi qərarlar son dərəcə adekvatdır”.  

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox