https://www.zirve.edu.az/
08.07.2018 13:22
Türkiyədə rezidentura təhsilinin mürəkkəb mərhələləri-"uzman  doktor" olmağın şərtləri
Çap et

Bu gün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirir.

609 namizəd imtahanın II mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 408 nəfəri qız, 201 nəfəri oğlandır. 529 namizəd Azərbaycan bölməsinin, 80 namizəd rus bölməsinin, 329 namizəd cari ilin, 280 namizəd isə əvvəlki illərin məzunudur, 5 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 589, Naxçıvan şəhərində isə 20  namizəd imtahan verir.

Amma hazırda tibb tələbələrinin əksəriyyəti  ixtisas təhsilini əcnəbi ölkələrdə almağı üstün tuturlar. ən çox müraciət olunann ölkələr isə Türkiyə və Almaniyadaır. Bəs Türkiyədə rezidentura(uzmanlıq) təhsili almaq üçün nədən imtahan vermək lazımdır?

AzEdu.az Türkiyədə rezidentura oxumağın şərtlərini təqdim edir:

Türkiyədə rezidentura təhsili almaq üçün məşhur TUS imtahanındam keçmək lazımdır. TUS  (Tıpta Uzmanlık Sınavı) - Türkiyə Cümhuriyyəti ÖSYM tərəfindən təsis edilmiş, tibb universitetini bitirən həkimlərin universitet və elmi-tədqiqat xəstəxanalarında ixtisas artırması və ya ixtisas dəyişməsi üçün həyata keçirilən imtahandır. İmtahan nəzəri və praktiki fənn suallarından ibarət olub iki mərhələdə keçirilir. Eyni zamanda bu imtahana girən həkimlərdən xarici dil səviyyəsini göstərən sertifikatlarının olması da tələb olunur. Bu imtahanı uğurla keçən həkimlər tibbi təhsilin ''uzmanlık eğitimi'' (ustad dərəcəsi) mərhələsinə başlayaraq seçdiyi ixtisasa müvafiq olaraq 4 və ya 5 illik təhsil aldıqdan sonra ''Uzman Doktor'' adını almış olurlar. Bu da həmin həkimə əldə etdiyi elmi səviyyəyə görə uyğun ixtisas üzrə hər hansı bir klinikada xəstələrin müstəqil müalicəsi hüququ qazandırmış olur.

Nə qədər çətin və əziyyətli görünsə də TUS Türkiyədə elmi və praktiki səviyyəsini artırmaq istəyən, real hədəfi olan həkimlərin qarşısında duran bir imtahandır. Bu yol planlı bir şəkildə hazırlaşan həkimlər üçün imkansız və əlçatmaz deyil. Müəyyən prinsiplərə əməl etməklə, düzgün şəkildə və doğru elmi qaynaqlardan hazırlaşmaqla bu maneəni rahat bir şəkildə dəf edə bilərsiniz.

TUS aprel və sentyabr aylarında olmaqla ildə iki dəfə keçirilir. İmtahanda 120 sual nəzəri, 120 sual isə kilinki fənlərdən olur.  Dah dəqiq desək, imtahana salınacaq suallar bu fənləri əhatə edir:

Nəzəri tibbi fənlər: (Cəmi 120 sual)

İnsan Anatomiyası (14 sual)

Histologiya və embriologiya (8 sual)

Fiziologiya (14 sual)

Tibbi biokimya (22 sual)

Tibbi mikrobiologiya (22 sual)

Tibbi patofiziologiya (22 sual)

Tibbi farmakologiya (22 sual)

 Kilinki fənlər (Cəmi 120 sual)

Daxili xəstəliklər (42 sual)

Uşaq xəstəlikləri (30 sual)

Cərrahi xəstəlikləri (36 sual)

Mama və ginekologiya (12 sual)

Bütün suallar dünyaca özünü təsdiq etmiş müəlliflərin kitablarından hazırlanır (Nelson Textbook of Pediatrics, Guyton and Hall Textbook of Medical Physiology, Robbins and Cotran's Pathologıc Basis of Deseases və s.kitablar ). Amma təbii ki, belə nəzəri yüklənmiş kitablardan TUS-a hazırlaşmaq mümkün deyil. Bu məqsədlə Türkiyənin TUS-a hazırlıq kursları imtahana düşən sualları analiz edərək imtahana düşəcək sualları əhatə edən elmi məlumatları toplayıb TUS-a hazırlıq kitablarını hazırlayıblar. Eyni zamanda imtahan haqqında təsəvvür yaratmaq və yol göstərmək məqsədilə daha əvvəl imtahana düşmüş sınaq sualları və əlavə test tapşırıqları kitabları da mövcuddur. Bu kitablardakı məlumatları mənimsəməklə imtahanda müvəffəqiyyət qazanmaq daha asan olur.

Digər bir imtahan isə Xarici dil imtahanıdır. Əgər həkimlərin xarici dil səviyyəsini göstərəcək başqa sertifikatları varsa,(məsələn TOEFL, İELTS, DAT və s.) xarici dil imtahanına girməyə ehtiyac qalmır. Yoxdursa hər il ÖSYM-nin həyata keçirdiyi YDS-yə (Yabancı Dil Sınavı) müraciət etmək lazım olur.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları