Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-25 13:07:00
Direktorların işə qəbulu üzrə növbəti onlayn sınaq imtahanı keçiriləcək  

Bu gün Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu üzrə təkrar onlayn sınaq imtahanı keçiriləcək.

Təhsil Nazirliyindən bildirilib ki, sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən və fevralın 19-da keçirilmiş sınaq imtahanına qatılmayan şəxslər iştirak edə bilərlər.

Sınaq imtahanında iştirak etmək istəyən şəxslər fevralın 25-i saat 15:00-dan 18:00-dək www.miq.edu.az/imtahan/login.php linkinə daxil olaraq şəxsiyyəti təsdiq edən sənədin FIN kodunu və iş nömrəsini daxil etdikdən sonra imtahanda iştirak edə bilərlər. Namizədlər, həmçinin şəxsi kabinetlərində aktivləşdiriləcək “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq imtahana qatıla bilərlər.

Müsabiqənin test imtahanı mərhələsində olduğu kimi onlayn sınaq imtahanında da namizədlərə 90 dəqiqə ərzində əmək və təhsil qanunvericiliyi üzrə 40, məntiq üzrə 20 test tapşırığı təqdim olunur. Hər namizəd sınaq imtahanında 1 dəfə iştirak etmək hüququna malikdir.