Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-26 12:47:00
Tələbəsinin səsi Silikon vadisindən gələn ƏYALƏT KOLLECİ – QEYDLƏR

 

 

 

 

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.

 

Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

 

 

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə qarşı törədilən cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə minlərlə igid oğullarımız və qızlarımız şəhid oldu.

 

 

Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Qəhrəmanlıq və vətənpərvərlik mövzusunda son illər daha çox kitablar nəşr olunmasının özü də bu amala xidmət edir. Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur.

 

 

Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecində də şəhidlərin xatirəsi əziz tutulur.  Kollecdə Qarabağ uğrunda döyüşlərdə Şəhid olmuş tələbələrin xatirəsini əbədiləşdirmək məqsədi ilə yeni stend guşələr təşkil olunub. Qurumun kollektivi z-tez  kollecimizin məzunu olmuş Şəhid Fərid Nadirovun və Eldar Şirinovun ailələrinə baş cəkir, valideynləri ilə görüşür, onlara mənəvi və maddi dəstək verirlər.

 

 

Ümumiyyətlə, Kollec öz uğurları ilə daima sevindirir. Kollecdə imtahan sessiyası online pandemiya dövrünün tələbələrinə ciddi əməl edilməklə aparılır. Tələbələrin biliyinin qiymətləndirilməsi  zamanı obyektivliyi, şəffaflığı və yarana biləcək neqativ halların operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədi ilə Kollecdə tərkibində Qarabağ müharibəsi iştirakçısı, Valideyn və tələbə də daxil olmaqla “imtahan qərargahı” və “Qaynar xətt” xidməti yaradılıb. Eyni zamanda daxil olan şikayətlərin qısa müddətdə operativ şəkildə araşdırılmasını  təmin etmək məqsədi ilə “Münaqişə komissiyası “ (Appelyasiya  komissiyası ) mövcuddu.

 

 

Pandemiya dövrünün təhsildə yaratdığı məcburi  fasilədən istifadə edilərək uzun illərdir ki, bərbad vəziyyətdə olan kollecin istilik sistemi yenidən işlənilir və yaxın vaxtlarda istifadəyə veriləcək.

 

“Biz ilk öncə vətəndaş yetişdirməliyik. Əsil vətəndaş, mütləq yaxşı mütəxəssis olacaq”.  

 

Bunu Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov  deyir. Əslində biz çox məsələlərdən danışdıq İrşad müəllimlə. Kolleci gələcəkdə necə görmək istəməsindən tutmuş, müxtəlif məqamlaradək. Bütün bu söhbət zamanı qırmızı xətlə keçən bir həqiqətə şahidlik etdik, həm də. Azərbaycanın əyalətində, Aranında sözün həqiqi mənasında nümunə olacaq bir kollec var. 

 

Və bu kollecdə 1500 tələbə təhsil alır. 

 

Və bu tələbələr Azərbaycanın bütün coğrafiyasını əhatə edir.

 

 

 Kollec 2002-ci ildə təsis edilib. Daha doğrusu, 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunun bazasında yaradılıb. Hazırda kollecdə 11 ixtisas üzrə tədris aparılır.

 

 

Heç kimə sirr deyil ki, bu gün yeniyetmə və gənclərdən ibarət olan tələbə kollektivi özünə həssas münasibət tələb edir. Bunda da haqlıdırlar. Onları inandırmaq, gələcək həyat yolunun düzgün seçilməsində kömək etmək hər bir müəllimdən gərgin əmək, dərin bilik, işə yaradıcı münasibət tələb edir.

 

 

 

  • Sizə bir maraqlı məqamı deyim. Mən bura direktor təyin olunanda ilk öncə nizam-intizamı gücləndirdim. Tələbələrin dərsə davamiyyətinə xüsusi önəm verdik. Qəribə bir hal ortaya çıxdı. Davamiyyatı düzəldəndə, imtahanları ciddiləşdirəndə…kollecdən köçmələr oldu.  Bunun da səbəbi vardı. Əvvəlki illərdə elə vəziyyət yaranmışdı ki, tələbə kollecə sadəcə gəlmək naminə gəlirdi, ya da ümumiyyətlə gəlmirdi. Tələbə imtahanlarda ədalətin bərqərar olduğunu görməyə başladı. Tələbə artıq başa düşdü ki, heç kim və heçə nə onun biliyinin qarşısına sipər ola bilməz, ondan heç bir təmənna güdülməyəcək. Qısa müddətdə bizim tələbələr, tələbə həyatının necə gözəl və rəngarəng olduğunu hiss etməyə başladılar. Özlərini tələb kimi hiss etdilər. Təsəvvür edin, son aylarda iyirmidən çox elmi-praktik konfrans keçirmişik. Tarixi şəxsiyyətlər, hadisələrlə bağlı tədbirlərimiz olub. Bu konfranslarda kollecin təkcə müəllim heyəti çıxış və ya məruzə etmirlər. Biz bu tədbirlərə tələbələri cəlb etdik. Mən onda şahidi oldum ki, onlar İnternet qaynaqlarından köçürüb məruzə çıxış etmirlər. Onların məruzələrində tədqiqat xarakterini tutmağa çalışdım. İnandırım sizi, bu məni çox sevindirdi. Mən bir az da araşdırdım. Gündə 5-6 dərsdə otururdum. Onların arasındaydım. Və məlum oldu ki, tələbələrin arasında musiqini yaxşı bilən nə qədər uşaq var. Rəqsi gözəl bacaranlar var. Breyn-rinq komandası yaratdıq. Respublika səviyyəsinə çıxdılar. Bir tələbəmizin səsi isə ABŞ-dan gəldi.

 

 

Hə, kollecin gənc tələbəsi Əfsanəni deyir. Onun startapı məşhur Silikon vadisində marağa səbəb olub. Şərti adı “Sağlamlıq çantası” startapı böyük uğur qazanıb.

 

 

İrşad müəllim deyir ki, artıq tələbə yataqxanası da boşalıb. Orda məcburi köçkünlər yaşayırmış. Dövlət onları mənzillərlə təmin etdikdən sonra artıq yataqxana əvvəlki illərdəki kimi kollecin ixtiyarındadı. Düzdü, yataqxananın əməlli təmirə ehtiyacı var. Direktor da elə bu məqsədlə Təhsil Nazirliyinə müraciət edib. Kollecin böyük yeməkxanası var. Direktor deyir ki, pandemiya mane olmasaydı, müəllimlərlə birgə kreativ bir ideya fikirləşmişdik. Yeməkxananı fabrik-mətbəxə çevirmək. 

 

 

- Həm yeməkxana olsun, həm yarımfabrikatlar istehsal edək. Sataq, tələbələr də qazansın, kollec də. 

 

Pandemiya bir ideyanın həyata keçirilməsinə də mane olub. Kollecin nəzdində aqrokimya və baytarlıq laboratoriyaları təşkil etmək niyyətindəymşlər. 

 

 

- Region kənd təsərrüfatı regionudur. Bu laboratoriyaların təşkili kənd təsərrüfatına elmi yanaşmanın əsasını qoya bilərdi. Sizə bir məqamı deyim. Regionunun əmək bazarına uyğun mütəxəssislərə böyük ehtiyac var. Məsələn, bizdə fermer təsərrüfatının təşkili ixtisası var. İlk baxışdan adama elə gəlir ki, kəndlidi, torpağı əkib-becərir. Amma bu sovet dönəmindən qalmış köhnəlmiş psixologiyadı. Azərbaycan kənd təsərrüfatı ölkəsidir. Şükür elə iqlim qurşağında yerləşirik ki, regionda nə desən əkib becərmək mümkündür. Amma tutaq ki, Göyçayda bağçılıq və bostançılıq inkişaf edib. Lənkəranda çayçılıq. Aqrotexniki qaydalar fərqli-fərqlidi. Biz istəyirik ki, bütün bunlar ayrı-ayrı ixtisas kimi öyrənilsin. 

 

 

- Regionunun əmək bazarına uyğun mütəxəssislər yetişdirməliyik. Məsələn, baramaçılıq ixtisas yaratmışıq. Mütəxəssis də tapmaq mümkündü. Sonra  daha yeniləriniyetişdirmək olar. Düzünü bilmək istəyirsinizsə, kolleci daha çox kənd təsərrüfatı təmayüllü görmək istəyirəm. Bunun üçün baza da var. 

 

 

Bazadan söz düşmüşkən. Bir maraqlı fakt. Pandemiya ilə bağlı bütün dərslər on-line rejimi ilə keçirilir. Birdən-birə 10-15 otaqdan müəllimlər dərsi keçə bilmirlərmiş. İnternetin gücü zəif imiş. Onda elə kollecin gənc müəllimləri direktoru inandırırlar ki, peyk anteni quraşdırmaqla kolleci güclü intenretlə təmin etmək mümkündür. Qısa zamanda müəllimlər və kənardan dəvət edilən mütəxəssislər kollecdə ən yüksək səviyyədə on-line təhsilə nail ola bilirlər. 

 

 

- Bizim kollecin təyinatına uyğun olaraq Gəncə Aqrar və Texnologiya universitetləri ilə müştərək əlaqələrimiz var. Yeri gəlmişkən, Gəncədən öz ixtisasının möhtəşəm bilicisi professor Zahir Ələsgərovu işə götürmüşük. O, bizim kollecdə dərs deyəcək. Hə, onu deyirdim axı, mən o universitetlərə tez-tez baş çəkirəm. İnandırıram, orda belə sürətli internet yoxdur.

 

 

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədrisin yüksək səviyyədə aparılması və savadlı kadrların yetişdirilməsi məqsədilə son vaxtlar mühüm işlər görülüb. Təhsil ocağının maddi-texniki bazasının gücləndirilməsi üçün xeyli iş aparılıb. Kollecin sinif otaqları, fənn kabinetləri, su-kanalizasiya sistemi, idman zalı, yeməkxana və kitabxanası təmir olunub. Yeni inventar avadanlıq və kompüterlər gətirilib. Kollecdə 30 mindən artıq kitab fondu olan böyük kitabxana yaradılıb. Elektron kitabxana vasitəsilə istənilən şəxs kollecin kitab fondundan yararlana bilir. Kollec artıq çoxprofilli tədris müəssisəsinə çevrilib. Burada yüz iyirmiyə yaxın müəllim çalışır.

 

 

Tələbələr yalnız təhsil prosesində deyil, həm də kollecin ictimai həyatında da fəallıqları ilə seçilirlər. Ölkənin orta ixtisas məktəbləri arasında ilk dəfə olaraq bu təhsil ocağında yaradılan və üzvlərinin sayı 50 nəfərdən çox olan tələbə parlamenti tədris prosesində yüksək keyfiyyət göstəricilərinə nail olmaq üçün iş aparır. 

 

 

Kollecin direktoru İrşad müəllim indiyədək çox vəzifələrdə çalışıb. Özü ixtisasca ekoloqdu. Amma harada çalışıbsa, ona həvalə olunan hər bir işin öhdəsindən yüksək peşəkarlıqla gəlib, özünü doğrultmağı bacarıb.

 

 

Həyətindən ta yuxarı mərtəbəsinədək səliqə-sahman əskik olmayan, gül-çiçəkli bir vadini xatırladan Kollecə çamur atanlar da az deyil. Kollecin bu uğurlarını son vaxtlar gözü götürməyən də var.  Onun və direktorunun nüfuzuna xələl gətirmək üçün bəzi  internet saytlarında ağla gələn və gəlməyən informasiyalar yayırlar. Niyyətləri də bəllidir: Amma yapışmır. Qayıdıb öz üstlərinə çırpılır. Qoy onlar yığışıb bir press-tur təşkil etsinlər, kollecə getsinlər. Amma bilirsiniz, etməzlər. Çünki “press” sözünün nə olduğunu belə bilmirlər; onlar və havadarları. Onlar sadəcə reketdirlər, jurnalist yox!

 

Səbuhi MƏMMƏDLİ