Azedu.az

“Şuşada Üzeyir Hacıbəyov adına məktəb açmaq istəyirəm”-MHP lideri hədəflərdən danışdı

Məktəblər

Müəllimlər və elm adamları

18 Yanvar 2021, 17:13
“Şuşada Üzeyir Hacıbəyov adına məktəb açmaq istəyirəm”-MHP lideri hədəflərdən danışdı

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri Azərbaycanla yanaşı, xarici ölkələrin də marağındadır.

AzEdu.az xəbər verir ki, MHP lideri Dövlət Baxçalı Qarabağda  məktəb açmaq istədiyini bildirib. O qeyd edib ki, prezidentlər razılıq verərsə, belə bir hədəfləri var:

 

 

“Əgər Prezident Rəcəb Tayyib Ərdoğan  icazə verərsə, Azərbaycan Prezidenti hörmətli İlham Əliyev də uyğun görərsə, şəxsən mənim təlimatlımla Şuşada ibtidai sinif məktəbi inşa etmək hədəfimiz var. Bu məsələdə sahib olduğumuz bütün imkanları səfərbər edəcəyik və lazım olan işlər təcili görüləcək!"

 

Dövlət Baxçalı bu məktəbə Üzeyir Hacıbəyovun adını vermək və 31 yanvar 2021-ci ildə bünövrəsini qoymaq istədiyini bildirib.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox