Azedu.az

Azərbaycanlı gənc müəllimlər üçün Yaponiyada təlim proqramına sənəd qəbulu aparılır

26 Dekabr 2020, 12:40
Azərbaycanlı gənc müəllimlər üçün Yaponiyada təlim proqramına sənəd qəbulu aparılır

Ümumtəhsil məktəblərinin müəllimləri üçün Yaponiyada “Gənc müəllimlər üçün təlim” (“Kyokensei”) proqramına sənəd qəbulu aparılır.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, təlim proqramında iştirak etmək istəyənlər 2021-ci il yanvarın 29-dək müraciət edə bilərlər.

Qeyd edək ki, “Kyokensei” Azərbaycanın ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər üçün nəzərdə tutulub və onlara Yaponiyanın müəllimlərin yetişdirilməsi institutlarının təlimlərində iştirak etmək şansı verən magistratura səviyyəsi üzrə proqramdır.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox