Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-04 17:14:00
“Sağlam Şagird – Sağlam Gələcək” layihəsinin icra prosesi çərçivəsində online təlimlər davam etməkdədir

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələnin icra proseduru davam edir. Respublikamızda təhsilin inkişafı istiqamətində Təhsil Nazirliyin həyata keçirdiyi mütərəqqi islahatların nəticəyönümlülüyü göz qabağındadır. Bu baxımdan inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsini də xüsusi vurğulamaq lazımdır.

 

 

Məlumunuzdur ki, 19.06.2020-ci il tarixində Təhsil Nazirliyi tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri müəyyənləşib.

 

 

Müsabiqəyə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriya üzrə isə 648 olmaqla, ümumilikdə 852 layihə təqdim edilib. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 47, fərdi kateqoriya üzrə 136 layihə barədə müsbət qərar qəbul edilib. Müsbət qərar verilən 183 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 76 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Abşeron, Astara, Balakən, Biləsuvar, Cəlilabad, Quba və İsmayıllıdır.

 

 

Təhsil xadimləri yaxşı bilirlər ki, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

 

 

Ümumi təhsil müəssisələrində inklüziya mədəniyyətinin formalaşdırılması istiqamətində müəllim, valideyn və şagirdlərin sosial fəaliyyətlərə cəlb edilməsi, metodik vəsaitlərin hazırlanması, pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən maliyələşdirilən  “Sağlam Şagird – Sağlam Gələcək” layihəsinin əsas məqsədi  İnklüziv təhsilə cəlb edilmiş şagirdlərdə işləyən müəllimlərin təlim-tədris metodikasının hazırlanmasına dəstək,  Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin valideynləri ilə işin təşkil istiqamətində vəsaitin hazırlanması, cəmiyyətə sağlam inteqrasiya olunma üçün online təlimlərin – vebinarların təşkil olunmasıdır.

 

Layihənin vəzifələrinə gəlincə qeyd edilməlidir ki, 

- Xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud şagirdlər üçün müxtəlif inkişafetdirici, korreksiyaedici və inklüziv təhsil proqramlarının çatışmamazlığının aradan qaldırılması istiamətində online təlimlərin – vebinarların təşkil olunması,

 - Təhsilin məqsədlərindən biri kimi, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasını stimullaşdırmaq və onu reallığa çevirmək istiqamətində əməli fəaliyyətin icra olunması, - Xüsusi qayğıya ehtiyacı olan və inklüziv təhsilə cəlb edilmiş şagirdlərin əl işlərindən ibarət sərgi, onların  ifasında milli rəqslərimizdən nümunələr hazırlamaqla fəal şəkildə piar olunmasına zəmin yaratmaq,

 - Bu sahədə fəaliyyət göstərən müəllimlərə, valideynlərə, şagirdlərə innovativ təlimlərin təşkil etməklə inklüziv təhsilin əhəmiyyətinin mediada (həmçinin yaradılacaq saytda) yetərincə işiqlandırmaq,

 - İnklüziv təhsilin metodları  mövzusunda  əyani vəsaitlər hazırlamaq, bu şagirdlərin valideynləri ilə işin təşkilinə nail olmaqla nümunələr ortaya qoymaqdır.

Hazırda layihə çərçivəsində Respublikamızın bir sıra rayonlarında pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərə online təlimlərin keçirilməsi prosesi icra olunmaqdadır. Təlimlərə qoşulmaq istəyən müəllimlər layihə kodinasiya şurası ilə əlaqə yaratmaqla təlimlərdə iştirak edə bilərlər. WhatsApp qrupuna qoşulmaq üçün keçidi izləməklə təlimlərdə iştirakçı olmaq mümkündür:

 https://chat.whatsapp.com/GfMIuVVbu304v58AimVav5

Qeyd edək ki, Layihə çərçivəsində “Ümumi təhsil müəssisələrində inteqrasiya olunmuş inklüziya mədəniyyətinin formalaşdırılması” Metodik vəsaitinin nəşri də nəzərdə tutulur.

 

Layihə rəhbəri

Aygün Bədəlova