Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-30 17:17:00
   Özəl müəssisələr distant tədris səbəbindən təhsil haqqını azaldacaq? – Espertdən izah

 

 

 

 

"Əgər özəl məktəblər nəzərdə tutulan tədris proqramını həyata keçirə bilmirlərsə, ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar” kimi iddialar irəli sürülüb.

Dövlət təhsil müəssisələri kimi, özəl məktəblər də çıxılmaz durumdadılar”

 

Bunu Azedu.az-a  hazırkı vəziyyətdə şagird və tələbələrin təhsil haqqının tənzimlənməsindən danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

 

O qeyd edib ki, hazırda gündəmi zəbt edən məsələ ilə bağlı tərəflər anlayış göstərməlidirlər:

 

“Nə qədər qabaqlayıcı tədbirlər həyata keçirilsə belə, dünyanı cənginə alan pandemiyanın bütün sosial-iqtisadə sahələrə, o cümlədən də təhsilə təsirsiz ötüşmədiyi danılmazdır.

 

Başlıca təsəlliverici hal odur ki, hər kəs optimist mövqe nümayiş etdirir, vəziyyətin müvəqqəti xarakter daşıdığını dərk edir, cəmiyyət bu bəşəri bəlaya anlaşıqla yanaşır. Bununla belə, pandemiya bir çox fəsadlar yaratmaqla yanaşı, koronavirusla əlaqədar faktiki olaraq, mart ayından etibarən, ölkədə tədris prosesinin faktiki olaraq dayandırılması və distant dərslərə keçilsə də, bu təcrübənin gözlənilən effekti vermədiyi nəzərə alınaraq, özəl məktəblərdə və ali təhsil müəssisələrində şagird və tələbələrin illik təhsil haqqında dəyişikliklər edilməsi barədə fikirlər də gündəmi zəbt edən məsələlərdən olub, “məsafədən təhsil ödənişi aşağı salacaqmı” kimi suallar ortalığa atılıb, "Əgər özəl məktəblər nəzərdə tutulan tədris proqramını həyata keçirə bilmirlərsə, ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar” kimi iddialar irəli sürülüb. Özəl məktəblər isə şagirdlərdən məbləği heç də az olmayan təhsil haqqını hələ tədris ilinin əvvəlində alsalar da, orada da vəziyyət fərqli deyil. Düzdür, dövlət təhsil müəssisələri kimi, özəl məktəblər də çıxılmaz durumdadılar. Lakin valideynləri özəl məktəblərə ödədikləri təhsil haqqının adekvat qarşılığını tələb edirlər”.

 

Onun sözlərinə görə yaranmış mövcud vəziyyətdə hər hansı bir məcburiyyət yolverilməzdir.

 

“Belə bir vəziyyətdə valideynlərlə özəl məktəblər arasında münasibətlər hüquqi planda necə tənzimlənməlidir? Hətta bir qrup valideyn təhsil haqqılarında endirim tələbi ilə Təhsil Nazirliyinə müraciət ünvanlamışdı. Bununla belə hesab edənlər də var ki, fövqəladə rejimin tətbiq ediləcəyi halda, valideynlər ödədikləri təhsil haqqını geri tələb edə bilməzlər. Digər başqa hallarda isə qabaqcadan ödənmiş məbləğ valideynlərə qaytarılmalıdır.

 

Başqa bir mövqeyə görə isə, “istənilən səbəblə əlaqədar özəl məktəblər nəzərdə tutulan tədris proqramını həyata keçirə bilmirlərsə, ödənilən təhsil haqqını geri qaytarmağa borcludur. Çünki insan alacağı təhsil üçün ödəniş edir”.

 

Göründüyü kimi məsələyə münasibət heç də birmənalı deyil. Bu prizmadan yanaşsaq ki, pandemiya heç kəsdən asılı olmayan bir məsələdir və bu qəbildən olan təhsil müəssisələrində müəllimlərin əmək haqqı əsəsən valideynlərdən alınan ödənişlərdən verilir, bu halda müəllimlərin əmək haqqı ala bilməyəcəkləri ehtimalı yaranır. Bu mənada, bu kimi məsələlərdə tərəflər anlaşıq göstərməli, qarşılıqlı güzəştlərə getməlidirlər. Hesab edirəm ki, yaranmış mövcud vəziyyətdə hər hansı bir məcburiyyət yolverilməzdir. Dövlət və özəl status daşımasından asılı olmayaraq, bütün təhsil müəssisələri müvəqqəti fasilədən yaranan boşluğu kompensasiya etmək və proqram materiallarındakı geriliyi aradan qaldırmaq üçün səfərbər olunub. Bu istiqamətdə artıq istər dövlət, istərsə də ayrı-ayrı özəl təhsil müəssisələrində müəyyən təcrübə əldə olunub və bu istiqamətdə işlər uğurla davam etdirilir. Mütəmadi olaraq əlaqə saxladığım bir neçə özəl liseylərdə vəziyyətlə tanışlıq göstərir ki, normal tədris prosesinin həyata keçirilməməsi fonunda təhsil haqqının ödənilməməsi və ya ödənilmiş təhsil haqqına müəyyən güzəştlər edilməsi ilə əlaqədar müəssisə rəhbərləri və ya valideynlər tərəfindən elə də ciddi bir tələb irəli sürülməyib, hansısa ciddi narazılıq yaranmayıb”.

 

Sədr müavini bəzi müəssisələrin artıq təhsil haqqında müəyyən güzəştlər etdiyini də vurğulayıb.

 

“ Bildiyim qədər, bir sıra müəssisələrdə müəyyən komunal xərclər ləğv edilib, xüsusi karantin rejimi dövründə göstərilməyən xidmətlərin ödənişi təhsil haqqından çıxarılıb, 20 faizdən 30 faizə qədər güzəştlər edən müəssisələr də az deyil. Önənişlərə müəyyən endirim halları da var. Bəzi müəssisələrdə müqavilə şərtləri əsas götürülür. Valideynlərlə anlaşmaya əsasən, internet üzərindən aparılan dərslərə baxmayaraq, koronavirusla bağlı vəziyyətin sabitləşməsindən dərhal sonra 6 günlük dərs həftəsinə keçid, əlavə məşğələlər və ya vəziyyətlə əlaqədar dərs müddətinin uzadılması hesabına proqram materiallarının tam mənimsənilməsi həyata keçiriləcək”.

 

“Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşər ki, “Hədəf” liseyinin rəhbərliyi tərəfindən Vətən müharibəsində iştirak edən, Hədəf Kursları və Hədəf Liseyində təhsil alan və gələcəkdə təhsil alacaq şəhid və qazi övladlarının təhsil haqqında Şəhid övladlarına 60% , Qazi övladlarına 30% güzəşt edilməsi barədə əmr imzalanıb. Bu digər özəl təhsil müəssisələri üçün də örnəkdir”-deyə sədr müavini N.İsrafilov sözlərinə əlavə edib.

 

 

 

Кінець форми