Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-26 14:26:00
Elektron jurnal və onlayn qiymətləndirmənin üstünlükləri – Müəllimlərə yaratdıqları imkanlar

 

 

“Təhsil Nazirliyi onlayn qiymətləndirmə ilə bağlı “Elektron məktəb” platforması üzərində işləyir. Hazırda mənim özüm də həm pedaqoji, həm də inzibatı heyət üçün elektron jurnalla bağlı təlimlər keçirəm. Təlimlərin məqsədi formativ və yekun-summativ  qiymətləndirilmənin necə reallaşdırılması ilə əlaqəlidir”.

 

Bunu AzEdu.az-a onlayn qiymətləndirmə barədə danışan distant təhsil üzrə təlimçi-müəllim Elnur Hacıyev deyib.

 

O, Nazirliyin hazırladığı “Elektron məktəb” platformasının imkanlarını da nəzərə çatdırıb:

 

“Platforma hələ tam istifadəyə verilməyib, lakin üzərində iş gedir və paralel şəkildə biz hansı dataların quraşdırılması, sistemin qurulması ilə bağlı inzibati heyətə, işin  reallaşdırılması üçün müəllimlərə təlimlər keçirik.

 

Bildiyiniz kimi, müəllimin işi iki istiqmətlidir: məzmunun çatdırılması və ötürülən məzmunun qiymətləndirilməsi. Müəllimlərimiz “Microsoft Teams” proqramı vasitəsilə dövlətin qoyduğu bilik, bacarıqları şagirdlərə ötürməyə çalışır. Qiymətləndirmə ilə bağlı da Təhsil Nazirliyi artıq işə başlayıb.

 

Elektron jurnal bizə hansı imkanlar yaradacaq?

 

“Birincisi, imkan verəcək ki, şagirdin mövzuya  hansı səviyyə üzrə cavab verməsini izləyək. İkincisi, şagirdlərin davamiyyətini izləmək, qaib və iştirakını göstərmək də mümkündür. O cümlədən summativ qiymətləndirmədə şagirdin topladığı balları da elektorn jurnala ötürə bilərik”. 

 

  1. Hacıyev qiymətləndirmənin keçirilməsi ilə bağlı müəllimləri narahat edən nüanslara da aydınlıq gətirib:

 

 

“Narahatlıq doğuran məqam odur ki, qiymətləndirmə necə keçiriləcək? Bunun üçün Microsoft Teams proqramında xeyli sayda ona əlaqəlandirilən, inteqrasiya olunan proqramlar  var . Məsələn, “Forms” proqramı bizə imkan verir ki, bu tətbiqdə yaratdığımız testləri şagirdlərimizə ötürək. Həmin testlərə açıq və ya qapalı tapşırıqlar, çoxşaxəli testlər, hətta essə də daxil etmək mümkündür.  Tapşırıqların həlli üçün vaxt məhudiyyəti də qoyula bilər.  Proqram şagirdi özü qiymətləndirir, müəllim ənənəvi üsulla  bal çıxarmır. Bu da müəllimin işini xeyli yüngülləşdirir. Müəllim proqramda testlərini tərtib edir, link kimi şagirdə göndərir, şagird isə istədiyi brauzerlə ( telefon, kompüter, planşet və s) müəyyən vaxt əzində sualları cavablandırır.

Lakin çox təəssüflə qeyd edim ki, müəllimlərimiz məzmunu kifayət qədər çatdırsa da, onlar Teams proqramından istifadə edə bilmirlər. Bunun da səbəbi müəllimin zəif biliyə, bacarığa sahib olması deyil. Sadəcə təlimatlandırma işi olmalıdır. Müəllimlərə göstərmək lazımdır ki, orda hansı tətbiqlər mövcuddur. Müəllimə proqramın istifadə qaydasını heç kim göstərməyibsə, özü də fərdi inkişafla öyrənməyibsə, necə istifadə edə bilər?”

 

“Şagirdləri cəlb etmək üçün də müəllimlərdən başlamaq lazımdır. Müəllim təlimatlandırılmalıdır ki,  o da şagirdlərini məlumatlandırsın-deyə E. Hacıyev sözlərinə əlavə edib.