Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-18 09:43:00
“Virtual  məktəb”də  şifrəni  bərpa  etməyin  ən  asan  yolu – FOTO

“Virtual  məktəb”  platformasında  şagirdlərin  əksəriyyətinin  əsas  problemi  daxil olmaq  üçün  təyin  etdikləri  şifrəni  unutmaları  olur.

 

Bəs  unudulan   şifrəni  necə  bərpa  etmək  olar?

 

AzEdu.az  şifrəni  bərpa  etmək  üçün  ən  asan  yolu  təqdim  edir:

 

1.Virtual.edu.az   platformasına  daxil  olursuz. Açılan  səhifədə  ikinci  sırada  qeyd  edilən  şifrəni  bərpa  et  bölməsini  seçin. Bölməyə  daxil  olduqda  Şifrənin  bərpası  başlıqlı  səhifə  açılacaq. Səhifədə  ilk  sırada  yerləşən  UTIS  ID  hissəsinə  istifadəçi  adınızın  qarşısında  verilən  rəqəmləri qeyd  edin. Məsələn, istifadəçi  adınız  [email protected] – dırsa, o  zaman  əvvəldə  olan  rəqəmlər  yəni, 340987  sizin  UTIS  ID – dir  və  bunu  qeyd  etməlisiniz.

 

 

2.İkinci sırada Fin  bölməsinə  şəxsiyyət  vəsiqənizin  fin  kodunu  qeyd  edirsiz. Fin  kod, şəxsiyyət  vəsiqəsinin  ən  aşağısında  yerləşən  sətirdə  sağdan – sola  arxadan  1  rəqəmi çıxmaqla  saydığınız  yeddi  rəqəmdir. Üçüncü  sətirdə  hesab  şifrəsini  bərpa  edəcəyiniz  şagirdin  doğum  tarixini  qeyd  edin. Doğum  tarixini  qeyd  etdikdən  sonra  aşağıda  təhlükəsizlik  məqsədi  ilə  verilən  rəqəmli  kodu  səhifənin  sonunda  olan  boş  xanaya  qeyd  edin.

 

 

3.Sonda davam et  düyməsini  seçdikdən  sonra  növbəti  səhifə  açılacaq.  Açılan  səhifədə  qeyd  etdiyiniz  UTIS  ID, Fin  və  doğum  tarixi  olduğu  kimi  qeyd  edilib. Səhifənin  sonunda  Parol  hissəsinə  təyin  etmək  istədiyiniz  yeni  şifrəni  qeyd  edin. Daha sonra  verilmiş  növbəti  xanada  təyin  etdiyiniz  parolu  təsdiq  etmək  məqsədi  ilə  bir  daha  qeyd  edin. Sonda  davam et  düyməsini  seçin.

 

 

Qeyd  edək  ki, bu  zaman  müraciətinizin  təsdiqlənməsi  və  təyin  etdiyiniz  şifrənin  1  saat  ərzində  yenilənəcəyi  ilə  bağlı  ekrana  yazı  gələcək. Cümlənin  sonunda  oldu  yazılan  hissəni  seçin. Beləliklə  yeni  təyin  etdiyiniz  şifrə  1  saat  ərzində  təsdiqlənəcək.