Azedu.az

“Sumqayıt Texnologiyalar Parkı” 2 yeni şirkət yaradıb

5 Noyabr 2020, 12:14
“Sumqayıt Texnologiyalar Parkı” 2 yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “STP Aliminium” və “STP Global Cable” MMC-ləri dövlət qeydiyyatına alıb.

 

AzEdu.az xəbər verir ki, hər iki şirkət “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) ilə eyni hüquqi ünvanda – Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən texnoparkda qeydiyyatdan keçib.

 

Onların hər ikisinin nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçiləri isə müvafiq olaraq Rauf Surxay oğlu Atakişiyev (STP-nin direktoru) və İdris Ağa oğlu Mustafayevdir.

Trampdan MƏHV EDİN! əmri - Ordusu İranı darmadağın edir
Son xəbərlərDaha çox