Azedu.az

Azad olunmuş rayonlarda öncə təhsil ocaqları bərpa ediləcək - Şahlar Əsgərov  

Müəllimlər və elm adamları

28 Oktyabr 2020, 17:25
Azad olunmuş rayonlarda öncə təhsil ocaqları bərpa ediləcək - Şahlar Əsgərov  

Mənfur düşmən torpaqlarımızı işğal etdikdən sonra orada olan təhsil, səhiyyə ocaqlarını və digər məntəqələrimizi məhv etmişdilər. 30 illik həsrətdən sonra biz öz doğma torpaqlarımıza geri qayıdırıq. Bəs azad olunan torpaqlarımızda məktəblər, səhiyyə ocaqları necə bərpa ediləcək?

 

AzEdu.az xbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında sabiq deputat, professor Şahlar Əsgərov bildirib ki, hər bir azad olunan yaşayış məntəqəsində dövlət əvvəlcə məktəbləri, daha sonra səhiyyə ocaqlarını bərpa edəcək.


“Azad olunan torpaqlarımızda dövlət cəmiyyətin, xalqın, iş adamlarının dəstəyi ilə əvvəlcə məktəbləri, daha sonra səhiyyə ocaqlarını bərpa edəcək. Bərpa edildikdə həmin ocaqlar fəaliyyət göstərəcək”.


Müsahibimizin sözlərinə görə, Cocuq Mərcanlı kəndində də hər şey məhv edilmişdi.

“Cocuq Mərcanlı kəndində hər şey məhv edilmişdi. Dövlətimiz orada məktəb tikib, sinif otaqları və müəllimləri ilə təmin etdi. Cocuq Mərcanlı məktəbinin direktoru Azərbaycan cəmiyyətində kifayət qədər tanındı, çünki Azərbaycan Müəllimlərinin Qurultayında çıxış edən 10 nəfərdən biri idi”.

 

Ş.Əsgərov qeyd edib ki, Azərbaycan praktikasında bu problem artıq həll olumuş bir məsələdir.

 

“Hamımız bu işdə dövlətimizə dəstək olacağıq. Əminəm ki, biz bunu uğurla həyata keçirəcəyik”.

 

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox