Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-27 12:46:00
Dövlət qulluğu üzrə test imtahanından keçən namizədlərə sertifikatların verilməsinə başlanılıb - DİM

Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, 10 sentyabr 2020-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional Bölmələrindən əldə edə bilərlər.