Azedu.az

Yəmənli alimlər Qarabağla bağlı çağırış ediblər

Maraqlı

Müəllimlər və elm adamları

25 Oktyabr 2020, 15:12
Yəmənli alimlər Qarabağla bağlı çağırış ediblər

Bir qrup yəmənli ziyalı, elm adamı və ölkənin aparıcı elm ocaqlarının tələbəsi BMT-ni Qarabağın Azərbaycan Respublikasının ərazisi olması ilə bağlı qəbul edilən qətnamələri həyata keçirməyə çağırıblar. Çağırış yəmənli professorlar Tavfiq Mahmud Məhəmməd Əli və Cəmilə Saleh Saifin təşəbbüsü ilə baş tutub.

 

AzEdu.az xəbər verir ki, yəmənli ziyalılar BMT və təşkilatın Baş katibinin Ermənistan tərəfinin mülki Azərbaycan əhalisini qəsdən və məqsədyönlü şəkildə ballistik raket və artilleriya qurğularından atəşə tutmasını qəti şəkildə pislədiyinə diqqət yetirərək bu müharibə cinayətlərinin Qafqaz bölgəsində sülhə və təhlükəsizliyə ən böyük təhdid olduğunu bildiriblər.

 

Ziyalılar Azərbaycan xalqı ilə həmrəy olduqlarını qeyd edərək ölkəmizin torpaqlarını işğaldan azad edilməsi uğrunda apardığı haqlı mübarizəsini dəstəklədiklərini bildirib, Ermənistanın təcavüzkar siyasətini pisləyiblər.

 

 

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox