Azedu.az

Abituriyentlərin kolleclərə qeydiyyatı başlayır

Kolleclər

Maraqlı

Dövlət İmtahan Mərkəzi

20 Oktyabr 2020, 17:08
Abituriyentlərin kolleclərə qeydiyyatı başlayır

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlər oktyabrın 21-dən 26-dək qeydiyyatdan keçməlidirlər.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçiriləcək. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

 

Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak üçün 5934 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1292 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!
Son xəbərlərDaha çox