Azedu.az

Tələbələrin ali məktəblərə qeydiyyat müddəti uzadılıb

6 Oktyabr 2020, 14:17
Tələbələrin ali məktəblərə qeydiyyat müddəti uzadılıb

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyat müddəti oktyabrın 12-dək uzadılıb.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, abituriyentlər 2020-ci il  oktyabrın 12-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

 

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

 

Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər.

 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

 
 
Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox