Azedu.az

Böyük Britaniyanın universitetlərində koronavirusa yoluxma halları artır

28 Sentyabr 2020, 17:19
Böyük Britaniyanın universitetlərində koronavirusa yoluxma halları artır

Böyük Britaniyanın 40-a yaxın universitetində koronavirusa yoluxma halları artdığı üçün minlərlə tələbə karantinə alınıb.

 

AzEdu.az xəbər verir ki, Mançester Metropolitan, Qlazqo, Belfast Kuin, Ekseter və başqa universitetlərdə tələbələr arasında aparılan testlərin nəticələri müsbət olduğu üçün onlar özlərini təcrid ediblər.

 

Xatırladaq ki, yeni tədris ilində universitetlər tələbələri qəbul etməyə başladı və bununla da onlar arasında yoluxma halları çoxaldı. Daha əvvəl Şotlandiyadakı Abertay, Aberdin universitetlərində koronavirusa yoluxma hallarında artım müşahidə edilib.(Azərtac)

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox