Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-26 10:47:00
Distant təhsildə diqqətin yayınması hallarına qarşı mübarizə üsulları-VACİB praktik bilgilər

Christina Lau Billings  distant təhsilə qoşulan 11 yaşındakı oğlu üçün öyrənmə mühiti formalaşdırdı: Səssiz yer, masa və pilates topu

“Oğlum Zoom-da dərsə qoşulan zaman kamera qarşısında olmağı məcbur deyilsə, pilates topuyla oynuyur”-, deyə Billings qeyd etdi.

Müəllim Jessica Gerson isə dərs zamanı içi unla doldurulmuş balonları sıxaraq, dərsə diqqəti artan şagirdlərinin də olduğunu qeyd etdi.

Oyun terapisti Tracy Turner-Bumberry bildirdi ki, uşaqların günlük yaşamında çox şey dəyişdi:Məktəblər, maska taxmaq və dostlarını az görmək. Buna bir də uzaqdan təhsilin yaratdığı stress ünsürlərini də əlavə edin. Anidən gedən internet, bacı-qardaş və ya valideynlərin yaratdığı səs-küy. Uşaqlar duyğusal cəhətdən ağır yük altındadırlar. Bu da sinir krizlərinə-daha çox ağlama, aqressiyaya yol aça bilir.

AzEdu.az türk mediasına istinadən, ən çox rastalanan diqqət dağınıqlığı əlamətlərini və onlardan qurtuluş yollarını təqdim edir:

Diqqətini toplamağa çalışarkən dırnağını və dodağını yemək:

Bu davranışı sərgiləyən uşaqların davamlı əllərini ağzına aparmaq vərdişi olduğu üçün yanına ləpə, alma, kök kimi asanlıqlıqla yeyiləcək qida əlavələri qoymaq lazımdır. Bu uşaqlar ağız əzələləri üçün ekstra nə isə istəyirlər. Bunu etdikdə diqqətini toplaya bilirlər.

Azacıq səsdən diqqətin dağılması:

Belə uşaqlar səssiz otaqda kənar küylərin qarşısını almaq üçün  qulaqlıq taxıb musiqi dinləyirlər. Onlar eşitməyə qarşı ekstra həssas olurlar. Bəzən qulaqlarını əlləri ilə tam qapadır və ya qulaqcıq taxaraq diqqətlərini toplamağa çalışırlar. Bütün bunlar kənar küyləri azaldır və dərsə davam etməyə şərait yaradır.

Ekrana ya da kağıza diqqət cəmlənməsi əksikliyi

Bu cür uşaqlar iki əllərini qaşlarının üzərinə qoyub ekrana qarşı qalxan düzəldir, kepka taxır, ekran işığını azaldır və ya rəngli eynəklərdən istifadə edirlər.

Parlaqlığı azaltmaq, ətrafı səliqəyə salmaq və diqqət dağıdan dekorativ ünsürləri otaqdan kənar etmək faydalı olacaq.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları