Azedu.az

“Bıçaqlanma olmayıb, o şagird burda şəkil çəkdirir” – Direktordan AÇIQLAMA    

Məktəblər

14 İyun 2018, 12:00
“Bıçaqlanma olmayıb, o şagird burda şəkil çəkdirir” – Direktordan AÇIQLAMA    

Qobustan rayon A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında bıçaqlanma hadisəsinin olması barədə məlumat yayılıb. 

Məlumata görə, məktəb yoldaşını bıçaqlamaqda şübhəli bilinən 11-ci sinif şagirdi  Rauf Ağaquliyevlə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.

Qeyd olunub ki, yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun  vəziyyətinin ağır olduğu bildirilir. 

AzEdu.az xəbər verir ki, modern.az saytı məsələnin aktuallğını nəzərə alaraq məktəbin direktoru İmran Sabitovla  əlaqə saxlayıb.  O, saytımıza açıqlamasında heç bir bıçaqlanma hadisəsinin olmadığını deyib. 

“Son zəng” tədbirini bu dəqiqə yekunlaşdırdıq. Səhər saat 8-dən məktəbdəyəm. Məktəbdə elə bir hadisə baş verməyib. Görünür, kimsə yanlış məlumat yayıb. Adı keçən Rauf Ağaquliyev  11-ci sinfi bitirir. Üzərində məzun lenti var. Hazırda şagirdlərlə şəkil çəkdirir. Belə bir hadisə olsa biz də bilərik. Rauf uşaqların arasındadır”.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox