Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-11 12:00:00
Odlar Yurdu Universiteti xaricdə  təhsillə  bağlı Azərbaycanda ilkə imza atdı  

Odlar Yurdu Universitetində fəaliyyətə başlayan Xaricdə Təhsil Mərkəzi Azərbaycanda bir ilkə imza atıb.

Türkiyə universitetlərində təhsil almaq istəyənlər artıq türkcə hazırlıq kursunu Azərbaycanda Odlar Yurdu Universitetinin TÖMER Mərkəzində oxuya biləcəklər.

AzEdu.az institutun mətbuat xidmətinə istinadən xəbər verir ki, məzunlara verilən TÖMER sertifikatı Türkiyədə tanınır. Məsələn, abituriyentlər burdan TÖMER sertifikatını almaqla, Türkiyənin Kastamonu Dövlət Universiteninin YÖS imtahanını da keçərək, orada birbaşa I kursdan ödənişsiz ali təhsil almaq imkanı əldə edəcəklər.

10-11-ci sinif şagirdləri Odlar Yurdu Universitetinin TÖMER Mərkəzində oxuyaraq həm Türkiyə universitetlərinə birbaşa qəbul olur, həm də Türkcə hazırlığını Azərbaycanda tamamlayıb Türkiyəyə gedərkən, ali təhsilini 1 il tez bitirir.
Xaricdə Təhsil Mərkəzinin nəzdində TÖMER kursundan başqa, İELTS, TOEFL, SAT, ALES və YÖS kursları da fəaliyyət göstərir.
Mərkəzə müraciət edənlər arzu etdikləri ixtisas üzrə Bakalavr və Magistr dərəcəsi almaq üçün 100% təminatla universitetlərə qəbul olacaqlar.

Tələbələr yay tətilində olarkən xarici universitetdə oxuduqları bəzi fənlər üzrə dərslərə Azərbaycanda Odlar Yurdu Universitetində qatıla biləcəklər və həmin fənlər üzrə kreditlər xaricdə təhsil aldıqları universitetlərdə tanınacaq.

Mərkəzin xətti ilə xaricdə təhsil almağa gedən tələbələrə viza, qarşılanma, yerləşdirmə, siğorta, sənədləşmə və s.mövzularda dəstək verilir. Həmçinin onlar bəzi universitetlərdə təhsil haqqından da azad olacaqlar və məzun olduqdan sonra diplomların tanınması ilə bağlı Odlar Yurdu Universitetinin Xaricdə Təhsil Mərkəzindən hüquqi dəstək alacaqlar.

Odlar Yurdu Universitetinin Xaricdə Təhsil Mərkəzində Qarabağ şəhidləri və əlillərinin övladlarına ödənişsiz xidmət göstərilir.