Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-15 11:14:00
Təhsildə itirdiklərimiz,pandemiyadan itirdiklərimizdən daha çoxdu-Fərrux Rüstəmov

“Bizim təhsildə itirdiklərimiz,pandemiyada itirdiklərimizdən daha çoxdur”.


Bu sözləri AzEdu.az-a açıqlamasında ADPU-nun İbtidai təhsil fakültəsinin  dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov deyib.


O,tədris başlanacağı təqdirdə dərs və tənəffüs müddətinin necə tənzimlənəcəyi ilə bağlı fikirlərini bölüşüb.


“Tədrisin təşkilinin Nazirlər Kabinetinin qərarına əsasən tənzimlənməsi daha effektiv olar.Müvəqqəti qaydalar qəbul edilməli və dərs, tənəffüs vaxtı ona uyğunlaşdırılmalıdı.


Tədrisin başlayıb və ya başlamaması Operativ Qərargahın səlahiyyətindədi.Mən dərslərin başlamasının tərəfdarıyam, lakin çox ciddi şəkildə qaydalara əməl olunmalıdır. Sosial izolyasiya yerinə yetirilməli və gigyenik tələblərə əməl edilməlidir. Bu qaydalara riayət etməklə dərslər hökmən başlamalıdı. Bizim təhsildə itirdiklərimiz sağlamlıqla bağlı itirdiklərimizdən daha çoxdur. COVİD-19-dan 500-ə yaxın insan dünyasını dəyişsə də, təhsildə itirdiklərimiz daha çoxdu və uzun müddət biz bunu bərpa etməkdə çətinlik çəkəcəyik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri də milyonlarla insanın təhsildən geri qaldığını etiraf edib”.


Fərrux Rüstəmov distant təhsillə bağlı fikirlərini bölüşüb.


“Bu gün ölkəmizdə elektron vasitələrdən istifadə olunmaqla təhsil distant formada təmin edilir. Amma elə rayon və bölgələr var ki, bu müddət ərzində bir saat belə olsun dəra keçməyiblər. 3 martdan şagird və müəllimlər arasında böyük məsafə yaranıb. Bu vəziyyət yanvara qədər davam etsə, uşaqlar artıq məktəbə getmək istəməyəcəklər. Amma mən tərəfdarı olardım ki,seyrəlmə baş versin. Bir növbəli məktəblərdə təxminən dərslər 15-20 dəqiqə zaman aralığında keçirilsin. Məsafə gözlənilməklə dərslər hökmən təmin edilməlidir.


Məni daha çox narahat edən məsələ birinci siniflərlə bağlıdır. Həmin uşaqlar dünənə qədər anasının yanında olublar. Onları sentyabrın 15-də məktəbli olduqlarına inandırmaq çox çətin olacaq. Onlar məktəbə mütəmadi getməlidilər ki, oranın mahiyyətini anlasınlar. Həmçinin, başqa uşaqları görməli və onlarla sosiallaşmalıdılar. Bu proses zamanla olmalıdır. Birdən-birə heç kim məktəbli olmur. Ona görə də arzulayardım ki, xəstəliyin sayı azalsın ki, şagirdlərimiz məktəbə gəlsin. Heç olmasa birinci və ibtidai siniflər məktəbə gəlsələr, çox yaxşı olar. Ali məktəblərə birinci kurs tələbələrinin gəlməsi də onların universitet mühitinə alışmasına şərait yaradar”.


Professor dərslərin gec başlamasının birinci kurslar üçün problem yaradacağını deyib.


“Digər normativlər isə başqa mütəxəssislər tərəfindən hazırlanmalıdır. Burada tibbi, fizeoloji ekspertlər iştirak etməlidir. Təhsil Nazirliyi və Operativ Qərargah müvəqqəti təhsilin tənzimlənməsi üçün əsasnamə işləməlidilər. Bu məsələ təhsil ekspertlərinin deməsi ilə tənzimlənə bilməz. Məsələ elmi cəhətdən əsaslandırılmalıdır. Buraya dərs müddəti,tənəffüs və gigyenik təmizlik məsələləri aid olmalıdır. Bunlar ciddi əsaslandırılmalı və sentyabrda dərslər başlanılmalıdır. Hazırda məsələ gecikir. İndidən əsasnamə qəbul edilməlidi ki, 15 sentyabrdan dərs başlayır , ya yox. Birinci kurslar üçün bu məsələ həllini tapmalıdı. Çünki əksər birinci kurs tələbələri kirayə qalır, onlar özlərinə ev axtarmaq məsələsi də burada çətinlik yarada bilər. Onlar dərslərin nə zaman açılacağını öyrənməlidilər ki,özlərinə ev tapa bilsinlər. Qərar sentyabrın əvvəlində verilsə və 15 sentyabrda dərslər başlasa, birinci kurslar bu qısa müddətə necə ev tapacaqlar? Bu məsələyə kompleks yanaşmaq lazımdı. Operativ Qərargahda həm Təhsil, həm də Səhiyyə Nazirliyinin nümayəndələri var. Onlar bir əsasnamə hazırlasalar, gecikmə prosesinin qarşısı alınar. Hər gün sosial şəbəkələrdə müxtəlif şaiyələr yayılır, onların qarşısını almaq üçün rəsmi qərar qəbul edilməlidir. Mən mütəxəssis kimi çox istəyərdim ki, dərslərimiz başlasın”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları