Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-26 14:05:08
Dünyanın ən qəribə məktəbləri: varlı kişi tapmağı, kobrayla danışmağı öyrədirlər - FOTOLAR

Dünyada ənənəvi predmetləri yox, qeyri-adi bacarıq və vərdişləri, “ixtisasları” tədris edən məktəblər də var.

AzEDU.az saytı bu baxımdan dünyanın ən qəribə tədris ocaqlarını araşdırıb. Onların arasında cadugərlikdən tutmuş, ilan oynatmaya qədər hər şeyə rast gələ bilərik:

1. Polşadakı cadugərlik məktəbindən başlayaq. Bu təhsil ocağının bu günədək qırx mindən çox şagirdi olub. Adından da göründüyü kimi, burada sehrbazlıq və cadugərlik təhsili verilir:

1.jpg

2. Yaponiyada “varlı kişi tapmaq akademiyası” fəaliyyət göstərir. Burada təhsil alan xanımlara zəngin kişilərlə münasibət qurmağın üsulları öyrədilir:

2ci sekil.jpg

3. Hindistandakı ilan oynatma məktəbində şagirdlərə bu təhlükəli canlı ilə rəftar etmək qaydaları tədris olunur. Bu təhsil ocağının şagirdləri hətta dünyanın ən zəhərli ilanlarından sayılan kral kobralarla belə təmasda olurlar:

3.jpg

3-1.jpg

4. Hindistandakı bu məktəb isə təhsili yox, tədris məkanı ilə fərqlənir. Belə ki, dərslər məktəb binası əvəzinə qatar stansiyasında keçirilir. Burada könüllü müəllimlər evsiz və yoxsul uşaqlara təhsil verir:

4cu sekil.jpg

5. Hindistanda həmçinin körpülərin altında fəaliyyət göstərən məktəblər də var. Burada da məktəbə getmək imkanı olmayan uşaqlar təhsil alırlar:

5ci s_kil.jpg

6. Bu məktəbdə isə sirklər üçün mütəxəssis yetişdirilir. Şagirdlərə akrobatika, sehrbazlıq, heyvanları əhilləşdirmək kimi fənlər tədris olunur.

6ci sekil.jpg

7. Çində yerləşən bu məktəbdə dərslər nəhəng bir mağaranın içərisində keçirilir:

7ci Я_kil.jpg

8. Bu orta məktəbdə isə dərslər meşədə keçirilir. Amerika və Avropada buna bənzər bir çox məktəblər fəaliyyət göstərir.

8.jpg

9. Banqladeşdə üzən məktəblər yaradılıb. Uzun sürən su daşqınları zamanı uşaqlar məktəbə gedə bilməyib və dövlət bu problemi üzən məktəblər yaradaraq aradan qaldırıb.

9cu sekil.jpg

10. Kanadadakı komediyaçılıq məktəbində təhsil alan şagirdlər isə səhnədə insanlara gülüş bəxş etməklə məşğuldur.

10.jpg

Hazırladı: Lamiyə Süleymanlı