Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb
AzEdu.az xəbər verir ki, 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş cari il üzrə II sənəd qəbulunun müddəti uzadılıb.
Qeyd olunan proqram çərçivəsində sənəd qəbulunun müddəti 16.08.2020/23:59-dək uzadılıb.
Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.