Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-31 10:00:00
Məktəblilərimiz beynəlxalq olimpiadada daha bir uğur qazandılar

23-29 iyul 2020-ci il tarixlərində kimya fənni üzrə virtual şəkildə 52-ci Beynəlxalq kimya olimpiadası (IChO 2020) keçirilib.

60 ölkə və 235 məktəblinin qatıldığı bu olimpiadada iştirak edən məktəblilərimiz yeni uğura imza atıblar.

Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Xanım Yaqublu gümüş medal, həmin liseyin XI sinif şagirdi Əjdər Fərzullazadə isə bürünc medala layiq görülüb.